Hyunam-Dong Kitabevi 22 yaşında ilk dəfə seçdiyi ixtisas üzrə işləyən biri olaraq başlanğıcı düzgün bir yerdə etmədim. Mühit anlayışsız, fürsətcil və ikiüzlü insanlarla doludur. Sadəcə bura təcrübəsizliyimə baxmayaraq mənə şans verdiyinə görə bir müddət burada təcrübə yığıb, özümü daha yaxşı yerlər üçün inkişaf etdirməyə çalışıram. Yenə də içimdə bir sual var: Görəsən hər yermi belədir, yoxsa həqiqətən yaxşı kollektivlər də var? Məhz belə düşüncələrin içində itəndə bu kitabla qarşılaşdım — Welcome to the Hyunam-dong Bookshop. Kitab mənə isti bir sığınacaq kimi gəldi. Baş qəhraman və yan obrazların istiliyi mən çox tanış hisslər yaşatdı. Sanki onların hekayəsində özümü tapdım. Bəzən mən də hər şeyi geridə qoyub, kitab evi açıb, yeni bir həyata başlamaq, həyatımı kitablar və isti kofe qoxusu içində yaşamaq istəyirəm. Amma bəlkə də geridə qoymalı olduğum hər şey deyil, sadəcə köhnə "mən"dir.
Gəncliyinin bir 24 saatında yaşadıqlarını utandığı üçün heçkimə danışa bilməyib o ağırlıqla illərlə yaşayan qadın nəhayət ona "onaylanmış" hissetdirən bir dostuna hər şeyi danışır. Maraqlı idi. Stefan Zweig əsla yanıltmır <3
Baş qəhrəmanımız xəyalları ilə yaşayan və bundan zövq alan biridir. Lakin bir gecə gördüyü bir qadına vurulur və artıq onunla birgə xəyallarda yox reallıqda yaşamaq istəyir. Qadına aşiq olduğunu qəbul etmək istəməsə də nəhayət bunu özünə və ona etiraf edir. Və sonda sevgisi qarşılıqsız qalır... Kaş belə bitməsə idi... Bəyaz Gecələr
Keçirildiyi yerin yolu mənə uzaq olduğu üçün çox güman iştirak edə bilməyəcəyim II Kitabqurdu Payız Oxu Marafonunun həyatıma qatdığı 8-ci kitab. 2 günə bitirdim və oxuyarkən kitabı yaşadım. Ən son Rövşən Abdullaoğlu-Abaddon kitabını oxuyarkən bu qədər həyəcanlanmışdım. Çox maraqlı kitabdır. Haqqında danışarkən istəmədən spoiler verəcəyimi bildiyim üçün bu qədəri kifayətdir). Mütləq şans verməlisiniz
Sancaqlı Kölgələr və Leyla Xuni