Fidokrates

Fidokrates
Rəssam
Azərbaycan dövlət rəssamlıq akademiyası
1 Ocak 2005
28 okur puanı
Kasım 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
Pambıq
3/10
·524 syf.··
Beğendi
·
2026 2. kitabı
·
14 günde okudu
·
Okunma: 16 Nisan 2026 23:13
·
Kitabı bağladım və sanki uzun bir yolu getmişdim, amma heç yerə çatmamışdım. Kitabda hər şey var idi. Xatirələr, əşyalar hətta "sevgi" adlandırılan bir hiss. Amma yenə də heç nə yox idi. Oxuduqca dərk edirdim ki, bəzi hekayələr irəliləmir, sadəcə təkrarlanır. Eyni cümlə, eyni baxış, eyni ağrı. Bu təkrarda bir həqiqət gizlənməlidir deyə düşünüb, kitaba amansızca davam edirdim. Amma sonra başa düşdüm ki, burada, həqiqət yoxdur, sadəcə vərdiş var. İnsan öz hisslərinə alışır və onları yaşamaq yerinə, təkrar etməyə başlayır. Sevgi deyirlər. Amma mən orada daha çox yapışmaq(obsessiya) gördüm. Bir insanın keçmişə sancılıb qalmasını. Əşyaların insanın yerini tutmasını. Eləbil həyat yaşanmaq üçün yox, saxlanmaq üçün idi. Məni ən çox narahat edən hissə, əslində boşluq oldu. Yəni hadisələrin yoxluğu yox, mənanın yoxluğu. Oxuduqca gözlədim ki, aha nəsə dəyişəcək. Amma heç nə dəyişmədi. Bəzi həyatlarda dəyişəcək heç nə olmur. Kitab bitdi. Amma hekayə yox. Çünki o heç başlamamışdı.
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202460,3bin okunma
Reklam
8/10
·172 syf.··
Beğendi
·
2024 58. kitabı
·
Avtomatik Portağal Alex və "çetesi" ilə bağlıdır. Hadisələr Alex'in ağzından qələmə alınıb və həddindən artrq argo, şiddət ehtiva edir.(diamondun dediyi kimi "var oğlu var") Yaxşı bəs bu qədər argo, şiddət, küfür, bu kitab bizə nə anlatmağa çalışır? Bir insanın əlindən seçim şansinı alsaq və o bu sayədə yaxşılığı seçmiş olsa, o, özündə həqiqətən də yaxşı insan olarmi? Yoxsa yaxşı insanı "yaxşı" edən, əlində imkanı olduğu halda pislikdən imtina etməsidir? Başqa seçim olmadığı halda yaxşılığı seçmək məcburiyyət deyildirmi? İnsanı "insan" edən onun öz iradəsiylə seçim haqqına sahib olmasıdır və bu insanın əlindən alınsa?
Otomatik PortakalAnthony Burgess · Türkiye İş Bankası Kültür Yayınları · 2009113bin okunma
Bilmirəm
2/10
·352 syf.··
Beğendi
·
2024 77. kitabı
Fikrimcə heç kitab oxumuyan birisi bəyənə bilər. Lakin təəssüf hissi keçirərək deməliyəm ki, çox sevmədim bu kitabı. Əslində başlanğıc yaxşı idi, amma sonralar sıxdı və vərəqləri çevirmək mənim üçün çətinləşdi...
Edebiyat
SolğunƏşrəf Əşrəfov · Teas Press Nəşriyyatı · 202338 okunma