Mənsə sözümü çox sevdiyim fransız yazıçısı, hərbi təyyarəçi, öz əsərlərinin qəhrəmanı Sent-Ekzin (Antuan de Sent-Ekzüperi) əbədi sualları ilə bitirirəm (yoxsa başlayıram?): niyə insan tabeliyində olan, həm də özünə dost saydığı adamları aşkar ölümə göndərir? Və niyə yüzlərlə gənc əvvəlcədən uduzulmuş döyüşdə canından keçməyə razı olur?..
Ümumiyyətlə kitab oxuduqca həmişə bir sonrakı fraqmentdə nə olacağını düşünüb təxmin etməyə çalışıram. Bəlkə də yeganə kitabdır ki, yanılmadım, düşündüyüm kimi oldu. Sonra da düşündüm ki, mən 27 illik həyatımda nə yaşamış ola bilərəm ki, insanlara olan güvənim bu dərəcədə zədələnsin. Bəlkə də elə bu yaşda bu cür ehtiyyatlı olmaq yaxşıdır, xüsusilə insanlarla münasibətdə...