“Kiçik Şahzadə” kitabındakı bu söz var bugün ağlımda: “Könül bağı qurduğun hər şeydən ölənə qədər məsulsan”. Heç vaxt düşünməzdim ki, bir vaxtlar oxuyub keçdiyim cümləni bütün qəlbimlə hiss edəcəm, o anı yaşayacam. Bu ilə qədər məni ailəmlə birləşdirən bağlar var idi hansı ki, onları mən seçməmişdim və istəsəm də qopa bilməzdim; dostlarımla olan bağım var idi — seçdiyim ikinci ailə. 24 yaşımda həyat mənə göstərdi ki, bunlardan tamam fərqli bir bağ var imiş: könül bağı. Hansı ki, onu özün seçmirsən, o səni seçir. Danışmadan anlayırsan, gözündəki baxışdan qəlbindən keçənləri oxuyursan, yarımçıq gülüşündə gizlənən acını onunla birlikdə çəkirsən. Addım atmağa çəkinirsən, bilirsən ki gözləri dolacaq. “Qucaqlasam, qayğılarından qurtula bilsə...” deyirsən. Və bir gün görürsən ki o hamıya bağladığı qəlbini sənə açıb, təkcə sənə. Bu, müəllimin şagirdi ilə qurduğu könül bağı imiş. Hansı ki yollarımız ayrılsa da, həyat məni uzaqlara aparsa da bizi birləşdirən bağ əbədi qalacaq 🫂🩶