Həmidli

Həmidli
@Hemidli__M
Kitabların verdiyi huzuru insanlarda axtarmayın...
Hə, onlar deyirlər ki, bənövşələr harda lazımdısa, orda da bitirlər.
10/10
·280 syf.··
Beğendi
·
2023 69. kitabı
·
3 günde okudu
·
Okunma: 27 Kasım 2023 02:40
Roman Sarah Jionun oxuduğum ilk əsəri idi, ilk əvvəl kitaba başlamağa biraz tərəddüt edirdim. Lakin əsər ilk səhifələrindən maraqlı süjeti ilə insanı içinə çəkməyi bacarır. Kitab boyu Emiliylə bərabər Esterin və digər ada sakinlərinin həyatının ən gizli sirlərini öyrənmək insanı özünə cəlb edir. Sonluğu isə heç belə təsəvvür etməzdim. Oxuduğum maraqlı əsərlərdən biridir. Məncə oxumağa dəyər.
Edebiyat & Roman
Mart BənövşələriSarah Jio · Qanun Neşriyat · 201625,8bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
10/10
·518 syf.··
Beğendi
·
2023 62. kitabı
·
24 günde okudu
·
Okunma: 28 Eylül 2023 22:05
İkinci dünya müharibəsi ərəfəsində İranda yaranmış azadlıq hərəkatından bəhs edən bu əsərdə Fridunun, Musa dayı və onun ailəsinin , Sərxan, Fəridə, Südabə,Kürd Əhməd kimi azadlıq mücahidlərinin keçdiyi ağır, əzablı yolların şahidi oluruq. Şah üsul idarəsi dövründə İranın tərkibində olan Cənubi Azərbaycanlıların keçirdiyi ağır günlər hər bir təfsilatı ilə qələmə alındığı əsəri oxuyarkən o hissləri onlarla bərabər yaşayırıq.Kəndlilərin ağır güzəranı, fars olmayan insanların daim təhqir olunması, yuxarı təbəqənin almanlara, ingilislərə satqınlığı və s.gözlərimiz önündə canlanır.Əsəri oxuduqca Cənubi Azərbaycanlı soydaşlarımızın çəkdiyi acıları bir daha dərindən hiss etdim.Minlərlə Musa dayı kimilərin həqiqətən yaşamış olması, əsər boyu oxuduqlarımızın ,bəlkə də daha artığının həqiqətən yaşanmış olması ... "Gələcək gün " romanı Vətənimizin keçdiyi ağrılı yolları bir daha gözlərimdə canlandırdı. Hər bir Azərbaycanlının oxumalı olduğu əsərdir , fikrimcə.
Hayata Dair
Gələcək GünMirzə İbrahimov · Maarif Nəşriyyatı · 1983115 okunma
sevginin gücü
9/10
·258 syf.··
Beğendi
·
2023 43. kitabı
·
26 saatte okudu
·
Okunma: 17 Temmuz 2023 22:35
Beyaz Diş Oxuduğum ən maraqlı kitablardan biridi deyə bilərəm, baxmayaraq ki əvvəlində biraz sıxılmışdım. Sonra isə sehrinə qapılıb nə vaxt bitməsini belə anlamadım..Heyvanları insanlardan daha çox sevirəm. Bu əsəri oxuduqdan sonra haqlı olduğumu bir daha anladım. Bir canavar balasının həyat hekayəsinin bu qədər təsirli olacağını düşünməzdim açıqcası. Balaca canavarın öz azadlığından əl çəkməsi, insana tabe olması, çarəsizliyi və bu qədər əzablardan sonra gördüyü sevgiyə verdiyi qarşılıq... təsvir etməyə sözlərin yetmədiyi bir sevgi, sədaqət hekayəsi idi mənimçün qısaca bu əsər. Çox sevərək oxudum və təsirindən hələ də çıxa bilmirəm.
Sevgi ve Dostluk
Beyaz DişJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202095,5bin okunma
Dönmək mümkün olsa...
Puan vermedi·296 syf.··
Beğendi
·
2023 32. kitabı
·
49 günde okudu
·
Okunma: 18 Haziran 2023 16:08
Hər kəsin həyatda dönmək istədiyi bir an mütləq vardır.Bəzən yaşadığımız gözəl anları bir daha yaşamaq istəyərik,bəzən də etdiyimiz səhvləri düzəltmək...Stilmanda bir çox insan kimi həyatının ən gözəl anını məhv etdikdən sonra səhvini anlayanlardan biridi.. Və nə qədər çalışsaqda ,bəzən etdiyimiz səhvləri düzəltmək şansımız olmur, qəhrəmanımız da zamanda geri qayıtmağı bacarsa belə , etdikləri daim onu təqib edir. Hadisələrin gözlənilməz inkişafı əsər boyu maraqla oxumağıma səbəb oldu.Açıqcası sonunu heç belə təsəvvür etməmişdim.Sevdiyim və tövsiyə edəcəyim əsərlərdən biri oldu deyə bilərəm.
İnceleme
Dönmek Mümkün OlsaMarc Levy · Can Yayınları · 2013599 okunma
Əsl qatil kimdir...
10/10
·256 syf.··
Beğendi
·
2023 28. kitabı
·
3 günde okudu
·
Okunma: 16 Nisan 2023 16:52
Kitab Aqata Kristinin ilk oxuduğum kitabı idi. Uzun zamandır Aqata Kristi kitablarını oxumaq istəyirdim və nəhayət bu imkanı tapdım. Kitabın mövzusu ən sevdiyim mövzulardan olduğu üçün böyük bir maraqla oxudum. Bütün əsər boyu qatilin kim olduğunu təxmin etməyə çalışdım amma Puaro hər dəfəsində Buk və doktor Konstantin kimi mənimdə bütün fikirlərimi alt-üst etməyə nail olurdu. Açıq etiraf etsəm kitabın əvvəli biraz sıxıcı gəlmədi deyil,amma oxuduqca insanı öz içinə çəkməyi bacarır. Hələ ki sonluğu... hələ də təsirindən çıxmış deyiləm.Hadisələrin belə bitməsini heç gözləmirdim açıqcası.Əsərin niyə bu qədər sevilməsini indi daha yaxşı düşürəm..Sonda oxucunu belə bir sual düşündürür : Əsl qatil kimdir? Əli neçə günahsızın qanına bulaşmış, lakin qanun qarşısında heç bir cəza almamış bir günahkar, yoxsa bir günahkarın cəzasını özü kəsən insan...
İnceleme
Şərq Ekspresində QətlAgatha Christie · Qanun Nəşriyyatı · 202036bin okunma