- Atam deyirdi ki, hətta pis adamlara da ziyan vurmaq olmaz. Çünki onlar daha yaxşı olmağı bacarmırlar. Bir də ki, bəzən pis adamlar da yaxşı adama çevrilə bilər.
- Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə, bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Başa düşürsən bunu?
- Sən adam öldürəndə, onun həyatını oğurlayırsan, arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan. Başa düşdün?
Yazıçının oxuduğum 2-ci kitabı idi. Bu kitabda da həyati mətləblərə toxunulur, və bu həyatda düzgün yaşamağın yolları insana aşılanır. Əsərin qəhrəmanı Çağrı çox çətinliklərlə üz-üzə qalır, çox sınaqlardan keçir və ən sonda özünə - ruhuna gedən yola qovuşur. Əslində insan da çətinliklər gördükcə püxtələşir, daha dözümlü, möhkəm iradəli birinə çevrilir bu həyatda. Çünki sonda varacağı yer özü olur, və bu inkişaf yolunda daim özünü təkmilləşdirən, öz ruhunun ehtiyaclarını bilən insan ən xoşbəxt varlığa çevrilir. Həm tarixi, həm də həyati hadisələrin cərəyan olunduğu möhtəşəm bir əsər idi, deyərdim və inanıram ki, belə əsərlərin sayı çox olacaq. Çağrı