"Leyla"
"Haqsızlıq unudulmamalıdır"
Məni ən çox sarsıdan məsələ bu qələmə alınanların real olmasıdır. Tarixdə nə qədər qan,nə qədər haqsızlıq,nə qədər vəhşilik var.
Qanlı hadisələr 3 xalqın- boşnaklar,serblər və xorvatların birgə yaşadığı Bosniyada baş verir. Serblər Bosniya Serb Respublikasını elan edərək əldə silah bu hakimiyyəti cəbrən qəbul etdirmək və müsəlman əhalinin axırına çıxmaq üçün qanlı soyqırımına başladılar.
Soqirimin detallarını öyrəndikcə xalqımın da bir zamanlar tamamilə eyni dəhşətləri yaşadığının fərqinə vardım. İnsan insana bu cür davranarmı? Ya da insanı bu vəhşiliyə nə Vadar edə bilər? Sadəcə müxtəlif dinə mənsub olması ona qarşı bu amansızlığı törətməyə haqq verirmi?
Kitabda bu soyqırımına şahid olmuş uzun zaman çəkdiyi zülmətdən sonra sağ qala bilmiş Leylanın məhv olmuş yeniyetməliyindən və gələcəyindən danışılır. Leyla 16 yaşında böyük ümidlərlə yollandigi şəhərdə nələrə şahid olur,kimlərin hədəsinə məruz qalır həm də sırf müsəlman və bosniyalı olduğuna görə......
Xalqa edilən hücum nəticəsində 60.000 qadın təcavüzə məruz qalıb.(11-80 yaş)
77.000-140.000,yaxud 200.000-400.000 arası bosniyalı mülki əhali qətlə yetirilib.
BU II DÜNYA MÜHARİBƏSİNDƏN SONRA AVROPADA ƏN BÖYÜK SOYQIRIMI SAYILIR.
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,9bin okunma