Leyla Rəsulzadə

Leyla Rəsulzadə
@Lyrsulzad
10/10
·128 syf.··
2025 7. kitabı
Od Gəlini "Cəfər Cabbarlının ən sevdiyim və möhtəşəm pyeslərindən biridir. Kitab 9-cu əsrdə yaşamış, ərəblərə qarşı azadlıq hərəkatı aparmış Babəkə həsr olunmuşdur. Elxan heç bir dinə inanmayan, köləliyə qarşı olan, azadlığa inanan sərkərdədir, sevdiyi qız isə atəşpərəstlik dininə mənsub olan Solmazdır. Kitabda din adına törədilən qırğınlardan, boş adət-ənənələrdən bəhs olunur. Və Elxanın bu cahilliklər, zülmlər haqqında həqiqətən çox gözəl fikirləri var. Elxan qardaşı Aqşindən illər öncə ayrı düşüb və illər sonra qovuşduqdan qardaşı ilə birgə azadlıq mübarizəsi aparmaq istəyir amma sonra onun xilafətə xidmət etdiyini və müsəlman olduğunu öyrənir. Aqşin Elxandan xilafətə baş əyməyini istəyir və təbii ki də Elxan bunu etmir. Aqşin isə dinini üstün tutur və bir-birlərinə qarşı cəbhə alırlar. Sonda Elxan və tərəfdarları Aqşin tərəfindən məğlub olurlar və Elxan edam edilir."
Edebiyat
Od GəliniCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020205 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
"Pür ateşim açtırma benim ağzımı zinhar, Zalim, beni söyletme, derunumda neler var; Bilmez miyim ettiklerini, eyleme inkâr, Zalim, beni söyletme, derunumda neler var!"
Şiir
“Azərbaycan qadınlarının və bütün qadınların ən böyük düşmənlərindən biri də namus keşikçisi olmalarıdır. Kişi istədiyini və bir neçəsini birdən əldə edə bilər. Qadın isə ikincisinə göz ucuyla belə baxa bilməz. Bu, kişi üçün bir nadinclik, qadın üçün isə bir namussuzluq sayıla bilər. Halbuki hər ikisinin təşəbbüsünü doğuran eyni fizioloji hadisədir. Qadının qəti azadlığı üçün, yalnız çadrasını açması bəs deyildir. Halbuki Avropa qadınları çadrasız ikən, azad deyildirlər. Qadına, ən başlıca, iqtisadi azadlıq lazımdır”.
Alıntı
"Qoy hər kəs özü öz yaşayışının tanrısı olsun. Artıq yеtişməzmi? Din adına törətdiyiniz bu qədər qırğınlar, tökdüyünüz bu qədər qanlar yеtməzmi? Nеçin zavallı insanlığı bir-birindən ayırıb bir-birinə çеynədirsiniz? Bəs dеyilmi içdiyiniz qanlar? Qandan doymadınızmı? Bu qanlar bir gün coşacaq və mızraqlar ucunda yaratdığınız bütün bu əski dünyanı öz acıqlı dalğalarında boğacaqdır."
Alıntı
"Mən azad diləklərimi bütün dünyanın gözəlliklərinə dəyişmərəm. Mən üzümə bir din qalхanı çəkib, cahangirlərin cəlladlığını qəbul еdə bilmərəm."
Alıntı