Nəğmələrim sevən qəlbin bəstəsi,
Dodağımda saz havası, tar səsi.
Həya etsin yerdə gəzən dəstəsi,
Səmadakı ulduzlardan ayıbdır.
Dəli könül, yıxılsan da sürünmə,
Can nədirki, yaşanmırsa dirənmə.
Vahid Əziz, bir də bədbin görünmə,
Qəlbindəki arzulardan ayıbdır.