Yəqin ki, həyata tətbiqi asan, misalları anlaşıqlı və insanı oturduğu yerdən qaldırıb hərəkətə səsləyən kitab- atomik vərdişlər!
Kitabdan əsas tətbiq etməli olduğumuz bir neçə məqam:
1. Hədəfdən çox, prosesə və sistemə fikir verməli və əsas götürməliyik;
2. Vərdişlərin dəyişdirilməsində ən əsas amil, şəxsiyyətin dəyişilməsidir. Bizim kimliyimiz vərdişlərimizdən ibarətdir, odur ki, vərdişi dəyişmək üçün özümüzü dəyişməliyik;
3. Yaxşı vərdişlərə yiyələnmək üçün, mühit vacibdir. Vərdişləri kökləndirmək üçün ona uyğun mühiti yaratmaq əsas şərtdir.
4. Vərdişin mükəmməl olmasından daha çox təkrarlanma tezliyi daha vacibdir. Və qızıl qayda, vərdişdən bir dəfə yayınsanız da, çalışın bu 2-ci dəfə təkrarlanmasın;
5. Uzunmüddətli köklü vərdişləri kiçik vərdişlərdən və mükaftlardan təşkil edin.