İnsanlar həyatlarının üçdə birini yuxuda keçirir, qalan üçdə birini pul qazanmaq üçün sərf edirlər. Yerdə qa lanını da əylənir, yeyib-içirlər. Yaşamaq üçün isə vaxtları qalmır.
Ted, məgər yatmaq, pul qazanmaq, əylənmək yaşamaq deyil?
- Səhvimiz də elə bundadır. Bütün bu işləri yaşamaq hesab edirik. Yaxşı, əgər bütün bunlar yaşamaqdırsa, onda niyə biz buradayıq? Hər üç saniyədə bir insan niyə bu cür yaşamağın mənasız olduğu qənaətinə gəlir?