- Mən çox eqoistəm.
- Mənim fədakarlığım hər ikimizə bəs edər.
- İnsanlara etimad etmək çətin gəlir mənə.
- Mən sənə öyrədərəm.
- Ola bilər ki, səni incidən qərarlar verim.
- Mən onlara səbir edərəm.
- Yaşlandıqca deyingən olacam.
- Yaşlandıqca qulağlarım zəif eşitməyə başlayacaq.
- Mən səhv etsəm də, etdiklərimdən peşman olmuram.
- Mən sənə səhvlərini anlamağa fürsət verərəm.
- Məni seçənlər bir müddət sonra peşman olurlar.
- Ola bilsin ki, sən mənim həyatımın ən böyük səhvi olacaqsan, ancaq bunu nə zamansa anlasam belə, peşman olmayacağam. Çünki bu, həyatımda etdiyim ən sevimli xəta olacaq...
'Əgər düzgün bildiyin yolda qarşına çıxan ilk sınaqdan qaçsan, növbəti sınaqdan yayınmaq üçün də bəhanə gəzəcəksən. Bu da səni getdikcə zəyiflədəcək.'..