Storytelde “Teens and young adult” kateqoriyasında paylaşılmış, dinləyənləri 50% nisbətində razı və narazı qalanlara ayırması diqqətimi cəlb etdi. Engels və Hegel bilməyən, şempanzenin insanla müqayisəsinə ilk dəfə bu kitabda rast gələnlər üçün çox maraqlı, həm də axıcı dildə yazılmış kitab olaraq qəbul edilə bilər. Məktəblilərin mütləq nəzərdən keçirtməli olduğu kitabladandır. Amma yazıçının potensialından xəbərdar oxucuların bu ümumi məlumatlarla kifayətlənməsi çətindir. Yenə də çox məşğul olduğunuz bir dövrdə rahat məzmunlu kitab axtarırsınızsa, bu kitabı seçə bilərsiniz.