Bəzən bir röya kimi uzaq da olsa özümüzü xəyal qurmadan təsəvvür edə bilmirik. Əlçatmaz olması biz- insanlara heç vaxt maneə deyil. John Steinbeckin də bu əsərində məsum bir obraz özünü xəyal qurmaqdan xilas edə bilmədiyi, xoşbəxtliyi yalnız təsəvvüründəki doğruluq payı olmayan hekayələrdə tapırdı. Lennienin kobud bədəni içindəki incə ruhuna heç vaxt təsir etmirdi. Qəlbindəki yerə-göyə sığmayan məsumluğunu George belə izah edirdi: Lennieyə suya dalmağı əmr etdim, üzməyi bilməməyinə rəğmən suya daldı. Biz onu çıxaran qədər boğulurdu. Onu sudan çıxartdığım anda mənə duyduğu minnətdarlığı təxmin belə edə bilməzsən. Sanki ona bu əmrə verənin mən olduğunu tamamən unutmuşdu.
Bir gün dostu Georgela birlikdə balaca dovşanlardan ibarət hüzur dolu bir qəsəbədə olmaq onun yaşamağı üçün ən böyük ilham mənbəyi idi. Lakin Lennienini bu xəyallara inandıran George onun bir daha bu təssüratları qurmamağı üçün onu çox ciddi bir ölümlə üz-üzə qoymuşdu. Bu isə öz növbəsində Georgeun sonsuza qədər ürəyində daşıdığı iztirablı bir vicdan əzabı idi.