"Həyatda məncə ən gözəl şey odur ki, insan özü üçün bir nağıl uydura bilsin. Əfsanə ya həqiqət dəxli yoxdur, əsas budur ki, uydurduğu nağıla inansın."
🎬 Gün Keçdi
youtu.be/W3nbu1254SY?si=...
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi,ruzgar kimidir.
Sevgi vardır, oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım,çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.
Sevgi vardır ki, bahardan bizə güllər gətirir,
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Sevgi vardır, bizə çox dadlı əməllər gətirir.
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.
Yenə O Bağ OlaydıMikayıl Müşfiq