Nərgiz

10/10
·360 syf.··
2026 14. kitabı
·
16 günde okudu
·
Okunma: 17 Mayıs 2026 13:40
Hekayəni Scout adında balaca bir qızın dilindən dinləyirik. Buna görə də kitabı ilk oxuyanda Şeker Portakalı ilə bənzər hekayə gözləyirdim. Hər iki kitabda uşaqların dünyasından böyüklərin dünyasına baxırıq. İki kitab arasında ortaq cəhət sadəcə budur. Ədalətsizliyi, irqçiliyi, qərəzləri uşaqların gözündən görürük. Nümunəvi ata olan Atticus Finch uşaqlarını yetişdirmə tərzi, həyata və insanlara olan baxışı ilə mənim üçün unudulmaz obraz oldu. Atticus mənəvi keyfiyyətləri yüksək, dürüst və ədalətli bir ata və vəkil idi. Övladlarının ondan örnək alaraq böyüdüyünü bilir, onların gözünə baxa biləcəyi şəkildə yaşamağa çalışırdı. Atticus övladlarına başqalarını qınamazdan əvvəl özünü onların yerinə qoymağın əhəmiyyətini öyrətməyə çalışırdı və buna nail olmuşdu. Onun uşaqlarına öyrətdiyi bu dərs kitabın sonlarına doğru cəmiyyətin qorxduğu və qınadığı insanların daxilindəki mərhəmət və məsumluğu kəşf etməyə kömək edir.
1000Kitap
Bülbülü ÖldürmekHarper Lee · Epsilon Yayınevi · 202088,7bin okunma
Reklam
10/10
·285 syf.··
2026 13. kitabı
·
5 günde okudu
·
Okunma: 30 Nisan 2026 09:25
Kitab Charlie adında yeniyetmə oğlanın yaşadığı hadisələri, gizli duyğu və düşüncələrini tanımadığı birinə yazdığı məktublardan ibarətdir. Kitabın məktub tərzində olması bizi də hekayənin bir parçası edir. Charlie çəkingən, sosial mühitdə müşahidəçi olmağı seçən, həyata kənardan baxan, düşüncə və hisslərini sözlərə tökməkdə çətinlik çəkən biridir. Bu xüsusiyyətləri onun yalnız hiss etməsinə səbəb olur. Yazar emosiyaları oxucuya çatdırmağı bacarır. Xüsusilə yalnızlıq, günahkarlıq və aid hiss etməmək, zaman-zaman bu hisslərin artıb-azalması oxuduqca öz daxili dünyamızın əksinə çevrilir sanki. Charlie'nin dünyasına rəng qatan əsas obrazlar Sam və Patrickdir. Onlar Charlie'ni olduğu kimi qəbul edən ilk dostları olur. Onlarla qurduğu bağ Charlie'yə həyata qarışmağa kömək edir. Onun daxili dünyasını kəşf etməsində müəllimi Bill'in də rolu böyükdür. Charlie'yə verdiyi kitablar sayəsində onun özünü ifadə etməsi və özünü kəşf etməsinə yol göstərir. Onlar sayəsində Charlie kənardan baxdığı həyatın bir parçasına çevrilir. Bəzi insanlar bizim içimizdəki xüsusi tərəflərimizi ortaya çıxarır, onlar sayəsində özümüzü kəşf edirik. Kitab mənə insanlarla qurduğumuz münasibətlərin dəyərini bir daha xatırlatdı. Bu hekayə ilə ilk dəfə film vasitəsilə tanış olub Charlie'də özümü görmüşdüm. Yəqin ki, elə buna görə dəfələrlə izləmişəm. Aradan bu qədər zaman keçsə də hiss etdiklərim eyni idi, bəlkə də biraz daha artıq. Nə qədər böyüsək də, həyata ilk addım atdığımız yaşdakı versiyamızı hər zaman içimizdə daşıyırıq. Bu, uşaqlıqdan daha dəyərlidir. Charlie mənə 16-17 yaşlı Nərgizi xatırladacaq hər zaman.
1000Kitap
Saksı Olmanın FaydalarıStephen Chbosky · Feniks Yayınları · 20131,043 okunma
7/10
·104 syf.··
2026 5. kitabı
·
5 günde okudu
·
Okunma: 19 Ocak 2026 16:02
Yazar olmaq arzusunda olan, amma necə başlayacağını bilməyən, yazılarını daha da inkişaf etdirmək istəyən yeni başlayanlar üçün qısa və anlaşılan dildə yazılmış faydalı kitabdır. Çoxları tərəfindən bəyənilən hekayə və romanların niyə uğurlu olduğunu, yeni yazarların buraxdığı səhvləri aydın şəkildə izah edir. Belə bir niyyətim olmadığı halda mən belə həvəsləndim. Yazmasam da (yaza da bilərəm, çünki kitab hər kəsin yazar ola biləcəyini vurğulayır :D) ən azından oxuduğum əsərlərə baxışımı dəyişəcək məlumatlar öyrəndim.
1000Kitap
Genç Yazarlar İçin Hikâye Anlatıcılığı KılavuzuCelil Oker · Altın Kitaplar · 2018817 okunma
8/10
·538 syf.··
2025 49. kitabı
·
214 günde okudu
·
Okunma: 24 Aralık 2025 17:46
Kurtlarla Koşan Kadınlar “Vahşi Kadın” arxetipinə dair mit və hekayələrlə eyni zamanda canavarlar və qadınların ortaq özəllikləri ilə qadın psixikasının dərin və maraqlı tərəflərini bizlərə göstərir. Bir növ xəritə rolunu oynayan bu hekayələrdə ruhumuza aid fərqli yerlər kəşf edirik. " “Vahşi” sözcüğü burada denetimden yoksun anlamına gelen günümüzdeki küçümseyici kullanımıyla değil, doğal bir hayat, criatura’nın [yaratığın] doğuştan bir bütünlüğe ve sağlıklı sınırlara sahip olduğu bir hayat sürmesi anlamına gelen özgün haliyle kullanılmıştır." Yaradıcıllıq–yarada bilmə qabiliyyəti, intuisiya, araşdırmacı ruhu, dayanıqlılıq, tutduğunu qopartma, dəyişən şəraitə uyğunlaşa bilmə və s. qadınların yaradılışında olan bu xüsusiyyətlər canavarlarla da ortaq olan özəlliklərdən bəziləridir. Kitabın qadınlara çatdırmaq istədiyi əsas mövzu öz daxili səsini dinləməyi bacarmaq və ruhu sağlam şəkildə qidalandırmaqdır. Təbiətimizdə onsuz da mövcud olan, bizə hər zaman doğru yolu göstərən daxili səsimizin iziylə getmək, yaradıcılığımızla qidalana bilmək, yəni "Vahşi olanla" təmasda olmaq qabiliyyəti cəmiyyətin basqıları və psixolojik komplekslər səbəbindən dərinlərdə gizlənib bir gün üzə çıxmağı gözləyir. “Hepimiz Vahşiye Özlem’le doluyuz. Bu özlemin kültürel olarak onaylanmış pek az panzehiri var. Bize bu tür bir arzudan utanç duymamız öğretildi. Uzattığımız saçlarımızı duygularımızı saklamak için kullandık. Ama vahşi kadının gölgesi, gündüz ve gecelerimiz boyunca pusuya yatmış bir halde hâlâ varlığını sürdürmekte. Nerede olursak olalım, arkamızda tırıs giden bu gölge kesinlikle dört ayaklıdır.” Kitabı oxumazdan əvvəl araşdırdım. İzlədiyim videolar və təhlillərin demək olar hamısı “ağır və axıcı olmayan” olduğunu vurğulayırdı. Mən də elə düşünürəm. Buna səbəb kitabın tərzi, bəzi
1000k
Kurtlarla Koşan KadınlarClarissa P. Estes · Ayrıntı Yayınları · 202110,7bin okunma
Puan vermedi·68 syf.··
2025 40. kitabı
·
2 saatte okudu
·
Okunma: 25 Ağustos 2025 00:10
2 ildir alınmasına baxmayaraq indi oxumaq qismət oldu. Düşünürəm əvvəl oxusam obrazlara fərqli yanaşardım. Qadını qınayardım bəlkə də. İndi isə onun daxili dünyasını daha dərindən anlayıb, analiz edə bilirəm. Stefan Zweig əsərlərində emosiaları oxucuya canlı şəkildə çatdırmağı bacarır. Bu əsərdə də obsessivlik və laqeydlik – dərin hissləri olan qadın və səthi hisslərə sahib kişi – arasındakı ziddiyyətləri görmək mümkündür. Qadının davranışları, fədakarlıqları, tək tərəfli sevgisi, illərlə özünə çəkdirdiyi əziyyətlər onun psixoloji vəziyyətindən–özdəyərini aşağı görməsindən xəbər verir. Kişinin hər dəfəsində onun ətrafında kölgə olan qadını tanıya bilməməsi isə emosional laqeydliyini əks etdirir. Əsəri psixoloji tərəfdən incələsək bəyəndim. Ümumi baxsaq ortada güclü bağ və sevgidən söz gedə bilməz.
Duygular
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,5bin okunma
Reklam