Nəzrin Fərhadlı

Puan vermedi·736 syf.··
2026 7. kitabı
·
18 günde okudu
·
Okunma: 27 Nisan 2026 19:07
Kitaba o qədər bağlandım ki, bitirəndə necə bir yalnızlıq hiss etdim... Bir insanın daxilində olan bütün hissləri və fikirləri öz çılpaqlığı ilə oxumaq, yaxşılıq və pisliyin əslində eyni olduğunu xatırlatdı. Pis düşüncə yoxdur və ya yaxşı da. Hər bir düşüncənin altından mənfi və ya müsbət fikirlər tapa bilərik. Məsələn birinin evlənməsinə sevindiyimiz kimi, onun ailədən köçməsi və sənin rahat bir otağa sahib olacağın düşüncəsi kimi. Əsər, Filip adlı bir gəncin timsalında həyata necə saf və heç bir təcrübəsi olmadan başladığını və öz qəlbinin səsini dinləyərək, öz həyat yolunu qurması ilə başlayır. Hər kəsin özünəməxsus fərqliliyi var və bu fərqlilik bizim həyatımızda müəyyən rol oynayır. Məsələn Filipin axsaq olması onun incəsənətə meyil, empatiya və əxlaqi dəyərlərini daha da artırmışdı. Dediyim kimi, bizim pis kimi gördüyümüz şeylərin daxilində də bir məna yatır. Filipin həyat yolu boyu biz fərqli ölkələrdə, yerlərdə olsaq da, bir sualı özümüzə veririk. "Həyatın mənası nədir?" Hər kəs üçün həyatın fərqli mənaları var. Əsərin bitirəndən sonra Filip üçün o qədər darıxıram ki.. Filip üçün həyatın mənasını oxuduğunuz zaman görəcəksiz. Xoş mütailələr. Mən də sizdən soruşmaq istəyirəm. Sizcə həyatın mənası nədir? W. Somerset Maugham Of Human Bondage
İnsan Ehtiraslarının YüküW. Somerset Maugham · Qanun Nəşriyyatı · 20231,063 okunma
Reklam
Puan vermedi·288 syf.··
2026 5. kitabı
·
4 günde okudu
·
Okunma: 31 Mart 2026 21:27
Çox axıcı və yazarın düşüncələrində rahatlıq tapdığım bir əsər oldu. Həyat mübarizə ilə doludur, amma nə zaman ki, onun da sənə verdiyi ülvi hissləri görürsən- bu zaman əsl yaşanmağa dəyər bir yerə çevrilir. Əsər bir canavarın (yarı canavar yarı it) dünyaya gəlməsi və həyatında məna axtarması üzərinə keçdiyi acılı-şirinli həyat hekayəsindən bəhs edir. Onun timsalında biz əslində bir insanın həyat yolunu da dərk etmiş oluruq. Ilk qorxular, tərk etmələr, yalnız mübarizə aparmalar və ən əsası ilk sevgilər. Mən çox sevdim, sakit bir süjet olsa da daim oxumaq istəyirdim və maraqla nə olacağını gözləməkdən daha çox, Bəyaz dişin necə dəyişdiyini görməyi istəyirdim. Həyatda sehrinə bələd olduğumuz çox az şey var, ümid edirəm ən gözəlləri bizim qarşımıza çıxar :)
Beyaz DişJack London · İndigo Yayınları · 202195,5bin okunma
Puan vermedi·351 syf.··
2026 4. kitabı
·
3 günde okudu
·
Okunma: 27 Mart 2026 21:44
"Səadətin də bir qiyməti var. Onu ödəmək lazımdır." Bəzən həyat o qədər də ədalətli olmur, xüsusən, sən bir şeyləri feda edirsənsə. Amma biz bunu həyatdan gözləyirik. Görəsən bu qədər verilən fədakarlıqlar əbəs yerə idimi? Yaşanmamış bir həyatı seçməliydik, yoxsa, sonsuz sayda qurban verilən xoşbəxtlikləri? O xoşbəxtliklər ki, gələcək üçün sanki bir yatırım idi, ne zamansa, bir gün xoşbəxt olmağa verilən bir yatırım.. Həyatı günahlandıra bilərəm, ədalətsizdir, sən onu sevəndə o sənə "hələ hazır deyiləm" deyir. Və ya sən hazır olmayanda o "səni sevirəm",- deyir. Bu kitab o qədər dərinimə endirdi ki məni. Çoxdandır o dərinlik ilə üzləşə bilmirdim. Qəlbimin dərin qatları canlandı və bu hissi unutmuşdum. Bu qədər dərin hiss edə bildiyimi unutmuşdum. Uzun zamandır oxuduğum hər hansısa roman mənə belə təsir etməmişdi. Niye sevdim bilirsiniz ? Çünki bir qadının daxili ağrılarını, yalnızlığını, iztirablarını oxumaqla bərabər, ilk sevgisini və son sevgisini də oxudum. Hər kəsdən gizlədilən amma bir qadının necə hiss etməli olduğunu bildiyim bütün hissləri oxudum. Məsumə mənim üçün sadəcə bir obraz deyildi, həm də daxili səsim idi. Oxuyun dəyərli dostlar. Xüsusən də qadın ruhundan anlamaq istəyirsinizsə
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,400 okunma
Puan vermedi·264 syf.··
2025 1. kitabı
·
24 günde okudu
·
Okunma: 04 Ocak 2025 16:03
Kitabı oxuyub, bitirəndən sonra üzərimdə bir susqunluq hakim oldu. Bitməsini istəmədiyim bir hekayənin tənəzzülü fərqli hiss etdirdi. İnsan əsərin daxilinə doğru o qədər çəkilir ki, bəzən doğru olduğunu düşünmədiyin şeyləri belə qəbul etmək istəyirsən. Oscar Wilde'n da öncəliyi budur deyə düşünürəm. İnsan psixologiyasının dərin qatlarına enirsən və yanlış yollar sənə elə cəlbedici görünür ki. Bunu da qəbul edirsən. Dorian Grayin etdiyi bütün pis əməllərin içinə enirsən və onun manipulyasiya cərəyanı boyunca axırsan. Bilirsən ki, bu axın səni sona aparacaq amma yenə də davam etmək, öyrənmək istəyirsən. Böyük bir ehtimal ilə bir müddət mənim beynimdə dolaşacaq bir əsər olacaq. İnsan üzərində təsiri danılmazdır. Henry, ah Henry sən Goethe'nin Mefistofeli idin Dorian üçün. Onun qəlbindəki "boşluğu" görmüşdün və sonunun nə ilə nəticələnə biləcəyini diqqətlə izləyirdin. Henrinin fikirləri o qədər Mefistofelə yaxın idi ki.. Əsas xüsusiyyət budur ki, sən vicdanın və onların düşüncələri ilə baş- başa qalırsan. Yanlış düşüncələr sənə hava, su kimi mümkün görünür amma içində bir cızıltı (vicdan səsi) sənə bunun düzgün olmadığına inandırır. • Dorian bizim hal-hazırda olduğumuz cəmiyyətin prototipidir. Hər birimiz gözəllik düşkünüyük, gözəl olan hər şeyi əldə etmək istəyirik. Anlayanda ki, ona yaxşı davrana bilməyəcəyik onu heç sevməmiş, onda dəyər tapmamış kimi buraxırıq. •Henry isə bizim içimizdə bizi kəmirəm, üzə çıxmağı bacarmayan amma bir çox hallarda bizə komandanlıq edən qaranlıq tərəfimizdir. Hər kəsin içində bir Henry var. Hər kəsin içində qatil potensialı daşıyan biri var. Yalnız onu basdıra bilənlər həyatda özlərinə işıq tapırlar. Yazarın kübar cəmiyyəti ilə cani təbəqəsini qarşılaşdırması və kübar cəmiyyətindəki reallığı göstərməsi çox yaxşı idi. Çox bəyəndim, mütləq
Dorian Gray'in PortresiOscar Wilde · Kapra Yayıncılık · 202099bin okunma
Puan vermedi·120 syf.··
2024 13. kitabı
“Vicdan azabı.” Bütün hayatım boyunca vicdanım beni rahatsız etti ama yine de benim için bir yoldaştı, perişan halde zevklerimizin tadını çıkarırken iyi günde kötü günde yanımdan ayrılmayan sadık bir eş gibiydi. Bu cümlə heç də özünü yad hiss etdirmədi mənə. Bir uşağın həyatda "günahkar" hissini dadması onun ailə vəziyyəti haqqında dərin məlumat verir. Sanki bütün problem səndə imiş və sən toplumla eyni xüsusiyyətlərə sahib olaraq böyüməlisən. Sənin fərqli olmaq kimi bir seçimin olmamalıdır. -Bax, ailənin digər üzvlərinə onlar bunu necə gözəl bacarırlar? Çoxuşaqlı ailədə böyüyən Osamu Dazai üçün bunun yenilik olduğunu düşünmürəm. - “Toplum”dan kastı neydi acaba? “Toplum derken kendini kastediyorsun, değil mi?” Dazai toplumun fərdlərdən ibarət olduğunu və hər kəsin özünəməxsus fərqliliyə sahib olduğunu bilirdi. Amma biz eyniləşdirməyi və qarşımızdakı insanın gücsüz olduğunu təxmin etməyi seçirik. Baxsanız, tanınmış, müəyyən ad-san qazanmış insanlara kim inanıb ki? Həyatlarında onları dəstəkləyən bir iç motivasiya olmasaydı, onları bəlkə də tanımayacaqdıq. Dazainin də demək istədiyi budur. Özünün rəsm qabiliyyətinin fərqindədir amma heç kəs ona bu bacarığı inkişaf etdirmək imkanı vermir. Hər kəs onun gülməli zarafatları ilə xarakterini xəfifə alır və ondan tanınmış birisi olacağına inamları olmur. Dazainin güldürmək ehtiyacı isə, qəbul olunmaq ehtiyacından gəlirdi. Özünü necə qəbul etdirəcəyini, sosial mühitlərdə özünə necə tapacağını bilmədiyi üçün güldürməyi seçirdi. Amma öz dünyası qaranlıq və soyuq idi. Bu dünyasına da, ondakı dərinliyi, qaranlığı görən insanları daxil edirdi. Və qaranlıqları ölümün işığına doğru yol alırdı. Sizin düşüncələriniz mənə maraqlıdır, sizcə dünyada yaşamaq istəməyən insanlar üçün ölüm bir qurtuluşmudur? Əsəri oxuyarkən beynimin
İnceleme
İnsanlığımı YitirirkenOsamu Dazai · Kapra Yayıncılık · 202360,1bin okunma
Reklam