bəs onda həyatın qanunu nədir - əgər öz meyil və istəkləri faydasızdırsa, onda adamlar öz hərəkətlərində nəyi əsas götürürlər? Yoxsa emosiyaları nə deyirsa o cür də hərəkət edirlər? Amma emosiyalar ya yaxşı, ya da pis olur, o da ondan asılıdır ki, onlar adama uğur, yoxsa məğlubiyyət gətirir. Həyat, görünür, çox dolaşıq va dərkolunmazdı. İnsanlar hansısa məchul qüvvənin təsiri ilə harasa tələsir, bu zaman həyatın mahiyyət və mənası gözdən qaçır, elə bil tələsirlər ki, "tələssinlər".
Haqlısınız, bizi tələsdirən şeylərdən biri də məsuliyyətdir amma bir yandan da yetərsizlik hissi. Çünki daxilən özünü kifayət hiss etməyən insan, daha çox şey etməyə tələsir
Beyaz: saflık, masumiyet, incelik demektir.
Kırmızı: Aşk. Şiddetli sevgi. Delicesine.
Mavi: Duygulu, yumuşak huylu, alıngan.
Mor: İnancın rengidir...
Yeşil: Umut, gelecek ve gençlik sembolü.
Sarı: Bolluk, bereket, sevinç ifade eder.
Tuhaf şey mutsuz evliliklerin sembolü olduğu da söylenir.
Kahverengi isyanın, gri melankolinin rengi iken; siyah ölüm, yas, üzüntü ve hiçlik için.
Kitabı oxuyub, bitirəndən sonra üzərimdə bir susqunluq hakim oldu. Bitməsini istəmədiyim bir hekayənin tənəzzülü fərqli hiss etdirdi. İnsan əsərin daxilinə doğru o qədər çəkilir ki, bəzən doğru
Yaxşı hekayələrin keyfiyyətini həmişə pis düşmənlər (antaqonistlər) təyin edir. Hətta bu düşmənin həqiqətən pis, yoxsa yaxşı olduğunu başa düşməyəndə bir az da zövq alırıq. Düşmənimiz nə qədər güclü və böyük olarsa, qəhrəmanımız da o qədər böyük və güclü olur. Və biz inanırıq ki, həyatımızdakı böyük çətinliklər bizi güclü və böyük qəhrəmanlara çevirəcək. Hərdən elə o cür də olur.
Qurma hekayələrdən kənarda isə işlər başqa cürdür. Heç birimizin böyük və güclü düşmənləri yoxdur, ən azından nağıllarda gördüyümüz kimi. Biz istəyirik ani, güclü bir düşmənlə üzləşək və onunla mübarizə aparıb qəhrəmana çevrilək. Zaman keçir, o güclü düşmən isə gəlmir. Və biz də heç nəyə çevrilmirik, və ya heçnəyə çevrilirik.
Əslində isə bizim mübarizə apardığımız şeylər kiçik düşmənlərdir - bizi parça-parça, kiçik-kiçik yeyən düşmənlər. Məsələn, gələcəyimizi yeyən 15 saniyəlik gülməli videolar, əlimizdən də kiçik olan telefonlar, uşaq oyunları və s. Biz dəyişmək üçün böyük düşmən axtararkən, bu kiçik, gözə görünməz düşmənlər bizi parçalayır.
Fırtınaların, güclü küləklərin yıxa bilmədiyi ağacları, kiçik qarışqalar, həşəratlar yeyərək məhv edir - həm də kökünü çürüdərək, həm də bir dəfəlik. Fırtınadan yıxılan ağac necəsə sağ qala bilər, amma kökünü həşərat basmış ağaclar bir dəfəlik çürüyür.
Sənin beynin də sənin ağacındır. İcazə vermə ki, kiçik həşəratlar səni çürütsün.
Insan sistemə tabe olaraq, onun bir parçası olur. Amma heç kim sistemin özü olmaq istəmir. Çünki kütlə deyir ki, bacarmazsan və ya səni əhatə edənlər də bu "düşmənlərə" aludə olanlardır. Kiçik dəyişikliklərlə düşmənləri məhv etmək olar. (. ❛ ᴗ ❛.)