Nilufar Ashrafli

Nilufar Ashrafli
@Nymphaea_lily
Dilbilimci (Dil ve Eğitim uzmanı), Öğretmen
Yüksek Lisans (Birincilik)
Bakü, Azerbaycan
12 Mayıs 1992
71 okur puanı
Ağustos 2020 tarihinde katıldı
Kitabın adıyla məzmunun əlaqəsi yoxdur!
3/10
·464 syf.··
Beğendi
·
2025 1. kitabı
·
47 günde okudu
·
Okunma: 03 Ocak 2025 15:07
Əsəri alanda və oxumağa başlayanda çox həyəcanlı idim. Sevinirdim. Lakin, təəssüflə, qeyd edim ki, ən sevmədiyim əsərlərdən oldu. Çox sıxıcı və maraqsız bir əsərdir. Kimsəyə tövsiyə edə bilmərəm. Əsərin heç bir sujeti yoxdur. Normalda əsərin sonu yaxşı olar. Lakin, bunda əvvəli daha çəkirdi o da qorxulu hekayəylə başladığı üçün. Sonu da çox anlamsız bitir. Mihail Bulgakov Master və Marqarita Nilufar Ashrafli
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 201410,1bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Bir ağac, min insana kölgə ola bilər!
9/10
·54 syf.··
Beğendi
·
2024 4. kitabı
Bir kitabın iz buraxması üçün səhfələrin deyil, sözlərin, cümlələrin, ordakı xarakterlərin önəmi vardır. "Ağac əkən adam" da çox az səhifəli, amma çox anlamlı kitabdır. İnsan bugün nə edirsə, gələcək nəsilə iz buraxır. Bugün bizə kiçik görünən addımlar, bir çoxunun həyatında unudulmaz təsir buraxır. Bu kitabı oxuyarkən, beynimdə daima bir cümlə fırlanırdı: Təmiz küçə istəyirsənsə, öncə öz qapının önünü süpürəcəksən. Ağac əkən adam
Tabiat ve İnsan
Ağac əkən adamJean Giono · İz Nəşriyyatı · 20212,338 okunma
3/10
·256 syf.··
2022 31. kitabı
·
40 günde okudu
·
Okunma: 20 Ağustos 2022 00:00
Həyatımda oxuduğum ən sıxıcı, darıxdırıcı və qarışıq kitab idi. Haqqında yazmağa gərək görmürəm. Onu deyə bilərəm ki, kitabın tək normal dialoqu və maraqlı olan hissəsi 204-cü səhifədə başlayır. Kitabda təsvir edilən "Yeni Cəsur Dünya" konsepti və sivilizasiyası məndə ikrah hissi duyurdu. Məncə, tam əksinə, "Çürümüş Qorxaq Dünya"-nı təsvir ediblər.
Yeni Cəsur DünyaAldous Huxley · Qanun Nəşriyyatı · 201873,2bin okunma
6/10
·384 syf.··
Beğendi
·
2022 30. kitabı
Əgər bir yəhudi ailəsinin, yeniyetmənin müharibədə sığınacaqda nələr yaşadığını bilmək istəyirsinizsə, 13 yaşlı yəhudi qızı Anna Frankın gözüylə, onun qələmiylə yazılmış gündəliyi oxumağı tövsiyə edirəm. Kiti - Annanın gündəliyinə verdiyi ad, çünki ona dostu olaraq yanaşırdı. Az yaşı olmasına baxmayaraq, Annanın belə dərin, fəlsəfi və anlamlı baxış bucağını oxuduqca təəccüblənməmək əldə deyil. Düşünürəm ki, və hər dəfə bir daha əmin oluram ki, elə anlamlı düşüncələr ancaq çətin həyat keçən insanlarda səmimidir. Hətta ən güclü empati hissinə sahib birisi də qarşısındakının yaşadığını yaşamayıbsa tam anlaya bilməz. O qədər çətinliyə rəğmən öz ümidini, arzusunu, gələcəyə inamını itirməyən yeniyetmənin əlindən gəldiyi qədər özünü psixoloji olaraq hazırlayaraq həyata tutunmasını oxuyacaqsınız.
II. Dünya Savaşı - Yahudi Soykırımı
GündəlikAnne Frank · Qanun Nəşriyyatı · 08,8bin okunma
5/10
·452 syf.··
2022 29. kitabı
Y.V.Çəmənzəminlinin qələmini çox bəyəndiyim üçün bu kitabdan gözləntilərimi yüksək tutmuşdum. Halbuki, ilk səhifələrində çox fərqli bir şey oxumayacağımı anladım. Roman Rüstəmbəyin siyasi, sosial həyatını daha çox əks etdirir. Yazar, bir neçə cümləylə Rüstəmbəyin daxili, psixoloji halının ağır olduğunu bildirir və təəssüf ki, göstərə bilmir. Sözlərdə qalır. Üslub və təhkiyədə boşluq hiss edilir oxuyarkən. Romanı nə tarixi, nə sevgi, nə psixoloji janra aid etmək olur. Qısası, nə o yanlıqdır, nə bu yanlıq. Çox gözəl başlayan bir neçə sevgi hekayəsini yazar yarımçıq qoyur və bəsit sonlarla oxucunu məyus edir. Bütün romanları, kitabları sevə bilmərik - cümləsini bu kitab üçün də söyləyə bilərəm.
Edebiyat & Roman
StudentlərYusuf Vezir Çemenzeminli · Hədəf · 201379 okunma