Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nilufar Ashrafli

Nilufar Ashrafli
@Nymphaea_lily
Dilbilimci (Dil ve Eğitim uzmanı), Öğretmen
Yüksek Lisans (Birincilik)
Bakü, Azerbaycan
12 Mayıs 1992
67 okur puanı
Ağustos 2020 tarihinde katıldı
Ah, basit, ama adil insanlar!
"Ah, ben onları seviyorum ; o basit insanları, hırslı olmayan, sesi çıkmayan, kendi halinde olan o insanları seviyorum; onlardır katı ama adil olan. Kutsal kitaba göre dünya onların üzerine kurulmuştur."
Reklam
Hayatımız, "bir yumağın sürekli sarılmasıdır" . Yaşadığımız her şey, ardımıza takılıp gelmekte ve doğal olarak da birik­mektedir. Yol boyunca ne yaşandıysa toplamaktadır çünkü . "Bugün" diye adlandırdığımız şey, "geçmiş ve geleceği­mizin toplamıdır". Yani geçmişimiz; elimizden uçup gitmiş , kaybolmuş bir zaman değildir. Şimdiki zamanın içinde du­ran, bekleyen bir şeydir. Bu duran şeyin "bilinç" olduğunu ve aynı zamanda "belleğimizi" de kapsadığını, bu hikayele­ri yazmak için sandalyeme oturduğum her seferinde hayret­le fark ettim.
Xoşbəxtlik sərt rəhbərdir. Xoşbəxtlik üçün çalışmaq, xüsusən də başqalarının xoşbəxtliyi naminə, həqiqət axtarışından daha çətindir. Üstəlik əgər sən düşünüb müstəqil qərar verə biləcək fərd kimi formalaşmısansa. Lakin boynuna düşən vəzifəni icra etməlisən. Bu sənin istəyindən daha vacibdir. Həqiqət bütün varlığımı cəlb edir, mən elmi sevirəm. Lakin həqiqət vahiməlidir, elm cəmiyyət üçün təhlükə mənbəyidir. Faydalı və səmərəli olduğu qədər də təhlükəlidir. Elm bizə bəşəriyyət tarixində ən dayanıqlı tarazlıq əldə etməyə şərait yaratdı.

Okur Takip Önerileri

Tümünü Gör
Yeni Cəsur Dünyada:
İndi dünya stabil və dayanıqlıdır. İnsanlar xoşbəxtdirlər, onlar bütün istədiklərini alırlar və ala bilmədiklərini istəmirlər. Onlar firavan və təhlükəsizlikdə yaşayırlar, xəstələnmirlər, ölməkdən qorxmurlar, ehtiras və qocalıq haqqında təsəvvürləri belə yoxdur, ata və analar həyatlarına müdaxilə etmirlər, onların nə arvadı, nə uşaqları, nə sevgi, məhəbbətləri var. Məhz bu baxımdan həyəcan və iztirab keçirmirlər. Elə formalaşıblar ki, praktiki olaraq onlar üçün nəzərdə tutulan çərçivədən çıxmaq iqtidarında deyillər.
İnsan nə qədər istedadlıdırsa, bir o qədər ətrafdakı adamların əxlaq və mənəviyyatına pozucu təsir göstərə bilər.
Reklam
Əgər sən başqaları kimi deyilsənsə, tənhalığa məhkumsan.
Bizim zamanın mürəkkəbliyi ondadır ki, ideallar, yeni gözəl ümidlər yaranan kimi onlar amansız gerçəklik tərəfindən məhv edilir. Təəccüblüdür ki, buna baxmayaraq, mənim hələ də absurd və icrası mümkünsüz görünən hansısa gözləntilərim var. Ancaq heç nəyə baxmayaraq, mən onlardan əlimi üzmürəm. Çünki əvvəlki kimi hələ də insanların xeyirxahlığına inanıram. Mən öz həyatımı ümidsizlik, dərd və xaos üzərindən qura bilmərəm. Mən dünyanın necə tədricən səhraya çevrildiyini görürəm və ölüm gətirən gurultunun yaxınlaşdığını da eşidirəm, mən milyonlarla insanın əzabını hiss edirəm. Yenə də, buna baxmayaraq, səmaya baxanda içim yenidən yaxşının qələbə çalacağı, qəddarlığın yox olacağı və sülhün bərqərar olacağı inamıyla dolur. Hələliksə öz ideallarımdan əl çəkməyəcəyəm: axı onların həyata keçməsini mümkün edən bir zaman gələ bilər!
Əgər bütün insanlar hər axşam yatmazdan əvvəl gün ərzindəki əməllərini xatırlayıb, onların yaxşı və pisinə qiymət versəydilər, necə də xeyirxah və gözəl olardılar. Onda istər-istəməz gündən-günə yaxşılığa doğru gedib axırda nəsə əhəmiyyətli bir şeyə nail olacaqsan. Bu sadə üsul hamı üçün əlçatandır, çox səy tələb etmir, ancaq çox təsirlidir. Hamı bu həqiqətə inanmalıdır: "Kimin vicdanı təmizdir, o da güclüdür!"
"Çəmənliyə çıx, günəşə bax, təbiəti seyr et. Xoşbəxtliyi öz içində axtar, özündə, dünyada olan gözəl şeyləri düşün və xoşbəxt ol". Məncə anam haqlı deyil. O deyir: daha çox əzab çəkmədiyinə görə sevin. Bəs bu əzablar sonra gələcəksə? Deməli, onda hər şey məhv oldu? Mən belə fikirləşirəm ki, yaşanan hər dərddən sonra nəsə yaxşı bir şey qalır, vaxt keçdikcə yaxşı şey artır və beləliklə, bir növ tarazlıq yaranır. Sən xoşbəxtsənsə, başqalarına sevinc bəxş edirsən. İnam və mərdliyini qoruyub saxlayan şərə qalib gələcək!
Məhəbbət - nədir məhəbbət? Düşünürəm ki, bunu sözlə ifadə edə bilməzsən. Məhəbbət - başqasını başa düşmək, onun xoşbəxtliyini və dərdini bölməkdir.
Reklam
"Nə qədər ki bunları: buludsuz səmanı və gün işığını görürəm, - deyə düşündüm, - kədərlənə bilmərəm". Tənhalıq, bədbəxtlik və ya nədənsə qorxu hissini yaşayan hər kəs üçün ən yaxşı dərman - Tanrı və təbiətlə təkbətək qalmaqdır. Yalnız onda başa düşürsən ki, dünyada hər şey lazım olduğu kimi qurulub...
Nə üçün mən başqalarıyla öz-özümlə olduğum kimi deyiləm? Niyə biz bir-birimizə etibar etmirik? Əlbəttə, bu, səbəbsiz deyil. Ancaq istənilən halda kədərlidir ki, hətta ən yaxınların belə səni başa düşmür.
* İnsanı yalnız ciddi bir çəkişmədən sonra tanımaq olar. Əsl xarakter məhz onda açılır. * Və həmişə yalnız düzünü deyəcəyəm, çünki doğrunu nə qədər gizlətsən, sonra onu söyləmək o qədər çətin olur.
- Siz - dedi - həyatı maneəsiz, tikansız bir düz yol kimi təsəvvür edirsiniz. Həyatda inqilabdan da ağır amillər var. Bunlara baxmayaraq, xoşbəxt insanlar azmı? -Bəlkə də var. Amma mənə çətin gəlir. - Burada çətin birşey yoxdur. Ən böyük çətinlik yalnızlıqdır. Təbiət qadın və kişiləri bir-birinə yoldaş yaratmışdır. Onlar həyat çətinliklərini birlikdə yox edirlər. Hər halda iki təkdən qüvvətlidir.
Din bir o qədər də zəruri şeydirmi? Onun yolunda bu qədər çalışmağa dəyərmi? Zənnimizcə, dindən uca, ondan zəruri bir ayrı şey var. Onun adına həyat və yaşayış deyirlər. Biz həyatı sevsək, onu yüngülləşdirsək, ən həqiqi möminliyə çatarıq.
119 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.