Başqaları haqqında yaxşı fikirləşməyimizin səbəbi özümüzə görə qorxu keçirməyimizdir. Nikbinliyin təməlində qorxu dayanır. Biz yaxın adamlarımızı ona görə tərifləyirik ki, onlardan nə isə umuruq, amma bu zaman özümüzü genişürəkli və xeyirxah bir insan hesab edirik; əslində isə bu tərifləri öz mənafeyimiz üçün yağdırırıq.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Adi adamlar gözləyirlər ki, həyat özü onlar üçün öz sirrlərini açsın; amma çox az sayda seçilmiş insanlar var ki, onlar üçün həyat sirrləri pərdə qalxmadan öncə məlum olur.
Ömrünüzü boş yerə tükətsəniz, bunun nə qədər faciəvi olacağını düşündüm. Çünki gəncliyiniz çox qısa müddət sürəcək. Bax, bu adi güllər solur, amma sonra yenə çiçək açır. Gələn il iyunda çiçəklər yenə indiki kimi sarı rəngdə olacaq.Amma bizim gəncliyimiz heç vaxt geri qayıtmayacaq. İyirmi yaşımızda bərkdən döyünən sevinc nǝbzimiz getdikcə zəifləyəcək. Ayaqlarımız əsməyə başlayacaq, hisslərimiz çürüyüb öləcək.