Boğmağa çalışdığımız hər cür istəyimiz şüurumuza hopur və bizi zəhərləyir. İnsan bir dəfə günaha batdıqdan sonra o günahın cazibəsindən qurtulur, çünki istəyi həyata keçirmək - paklaşmanın bir üsuludur. Bundan sonra sadaca həzzin xatirəsi, ya da peşmanlığın ləzzəti qalır. Nəfsdən qurtulmağın yeganə yolu ona təslim olmaqdır. Əgər ona müqavimət göstərmək fikrinə düşsən, ruhun özü-özünə qadağan etdiyi şeylərə qarşı duyduğu həvəsdən, dəhşətli qanunların günah va cinayət saydığı istəklərdən xəstələnəcək.
-Sən bilmirsən, əsl dostluq nədir, Harri. Heç əsl düşmənçiliyin də nə olduğunu bilməzsən. Hamı sənin xoşuna gəlir, bu isə o deməkdir ki, hamıya qarşı eyni dərəcədə laqeydsǝn.
sevgi ilə, həssaslıqla çəkilmiş bir portret modelin deyil, rəssamın özünün portretidir. Model yalnız təsadüfdür, vasitədir .Rəssam kətanın üzərində modelin yox, öz içini açıb göstərir.
Fiziki, yaxud mənəvi cəhətdən kamil olan insanların həyatına alın yazısı hakimdir, tarix boyunca hökmdarları səhv addımlar atmağa alın yazısı sürükləyib. Başqalarından fərqlənməmək daha yaxşıdır. Bu dünyada ən yaxşı şeylər həmişə axmaqlar və çirkinlərə qismət olur. Onlar rahatca oturub başqalarının mübarizəsinə tamaşa edə bilərlər. Qələbə sevincinin nə olduğunu heç vaxt bilməsələr də, məğlubiyyətin acısını da dadmazlar.