the.muhur

"Həqiqət o qədər ağır idi ki, ona gücüm çatmadı..."
10/10
·264 syf.··
Beğendi
·
2024 57. kitabı
·
5 günde okudu
·
Okunma: 08 Mart 2024 19:53
Kitabın məzmunu ilə bağlı yazmayacağam, belə incələmələr kifayət qədər var. Ki onsuz da adından, üzərindəki "1937" yazısından mövzunun nə olduğu, nədən bəhs edildiyi anlaşılır. Mən, sadəcə, kitabın məndə buraxdığı təsiri yazmaq istəyirəm, az da olsa... Ülviyyə Tahir qələmindən oxuduğum ilk kitab oldu "Aljir" və unudulmaz kitablardan olacaq mənim üçün. Uzun müddətdir məni ağladan bir kitab oxumamışdım. Budur, roman bitdi, yazıçının "Son söz" yazısını belə göz yaşlarım yanağımdan süzülərək oxudum. O qədər ağırdır və o qədər ağrıdır ki... Bunu sözlərlə ifadə etmək çətindir. Roman olaraq (yüngülləşdirilmiş formada) oxuyub bu qədər təsirləndiyimiz, sarsıldığımız halda, real olaraq yaşandığında hiss edilənləri təsəvvür etmək mümkün deyil... Göz yaşları ilə oxuduğum "Son söz"dən: "...asan olmadı. Oradakı məhrumiyyətlər, kədər o qədər böyük idi ki, arada romanı yarımçıq qoymağı da düşündüm. Bu romana görə repressiya olunmuş milyonlarla insandan üzr istəyir və layiqincə öhdəsindən gələ bilməmişəmsə, ruhlarından əfv diləyirəm. Çünki həqiqət o qədər ağır idi ki, ona gücüm çatmadı..." (sh.252)
Edebiyat
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019269 okunma
the.muhur isimli okura yanıt verildi
the.muhur
Vəfa Hafiz budur 8 ay keçdi və mən sənin incələməni nə qədər gözəl şəkildə başa düşürəm indi🥲
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·208 syf.·
2025 8. kitabı
Günlər əvvəl möhtəşəm bir kitabı bitirdim. Və bu kitabı müəllifin şəxsən özündən və imzalı şəkildə almaq mənə çox xoş oldu Deməli belə. Oxuyandan dərhal sonra incələmə yazmaq istəmədim, düşündüm ki, bəlkə bəlli bir zaman keçsə, kitaba pərəstişkarcasına yox da tənqidi yanaşa bilərəm. Amma bu mümkün olmadı təssüf ki... İlk başlarda oxucuda çətinlik yarana bilər. Xüsusən də süjet xəttini dərk etməklə yanaşı, əsərdəki obrazların çox olması və hər birinin adının qeyd olunması oxucuya çətin gəlir. Normal da bir kitabı bitirdikdən sonra baş obrazlardan başqa heç bir personajın adı yadımda qalmır Amma bu səfər belə bir səhv etmək fikrim yox idi Və beləliklə oxuduqca hər personajın adını kənarda qeyd edirdim. Kitabı oxumağa başladığım ilk andan etibarən tamamilə təsiri altına aldı məni. Hətta ilk səhifəsindən deyə bilərəm... Və fasilələrlə 11 saata oxuyub bitirdim. Tam başqa bir obrazdan şübhələndiyim halda, bütün detaylar sonra başqa bir personajı ortaya çıxartdı. "Ters köşe" oldu desəm yalan olmaz. Böyük səbirsizliklə 2-ci hissəni gözləyirəm. İnşAllah tez bir zamanda əldə edib, oxuyacam və onun da incələməsini yazacam. Həqiqətən tövsiyə etdiyim o möhtəşəm kitablar siyahısındadır. Gənc yazıçımıza sağlam can, qələminə qüvvət diləyirəm. Sonda ənənələrə sadiq qalaraq: "-Bəlkə də. Onun dərdinə şərik olmayacaqsansa, bir məlhəm çəkməyəcəksənsə bu qədər əziyyət nəyinə? Ondan uzaqlaşacaqsansa onu qorumaq nəyinə?..." Məni məndən alan o həqiqət dolu alıntı: "... hansı bir Allahın qulu eşq deyilən bu zalım duyğunun gələcəyini öncədən duyur?..."
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
Nəimi isimli okura yanıt verildi
the.muhur
Xoşdur
- Bugün yeni kitaplar aldım... - O! güzel, pek iyi ettiniz. Görelim bakalım… - (Paketi açıp kitapları arz ederek) Yedi cilt, her birinde üçer dörder parça gayet güzel gravür de var. - Çok nefis, çok âlâ! Kaça aldınız bu yedi cildi? - Altmış dokuz franga aldım… Bedava...
Edebiyat
the.muhur isimli okura yanıt verildi
the.muhur
Vəfa Hafiz 🤭
- Bugün yeni kitaplar aldım... - O! güzel, pek iyi ettiniz. Görelim bakalım… - (Paketi açıp kitapları arz ederek) Yedi cilt, her birinde üçer dörder parça gayet güzel gravür de var. - Çok nefis, çok âlâ! Kaça aldınız bu yedi cildi? - Altmış dokuz franga aldım… Bedava...
Edebiyat
the.muhur
Stipendiyami kitab dükanında qoyanda mən:
- Bugün yeni kitaplar aldım... - O! güzel, pek iyi ettiniz. Görelim bakalım… - (Paketi açıp kitapları arz ederek) Yedi cilt, her birinde üçer dörder parça gayet güzel gravür de var. - Çok nefis, çok âlâ! Kaça aldınız bu yedi cildi? - Altmış dokuz franga aldım… Bedava...
Edebiyat
Kitabsever isimli okura yanıt verildi
the.muhur
😂