Ah, "Leyla", mən indi sənin üçün nə yazım bura…?
Müharibə-uşaq vaxtından həmişə qaçdığım, haqqında heç bir şey eşitmək istəmədiyim o mövzu.
Bilmirəm niyə amma həmişə "hüzn günləri"nin olmasını istəmirdim. Məktəb illərində bizə bununla bağlı dəhşətli, real hadisələri danışanda bilə-bilə fikrimi dağıdırdım. Daim qaçırdım. Amma qaçmaqla iş düzəlmirdi. Qorxulu yuxular da həmin günlərdə məndən əl çəkmirdi. Ta ki 2020-ci il 27 sentyabr tarixi gələnə kimi. Axır məni yaxaladı. Mən artıq onunla üzləşməli idim...
Vətən müharibəsində nə qədər vidalasmamış ayrılıqlarımız oldu...
Xalqımızın hər bir vətəndaşı kimi məni də sarsıtdı onlanlar.
Mən də artıq dinləməli idim. Nə vaxta qədər yan otaqda gizlənəcəkdim ki, bu xəbər bitsin, elə çıxım...?
Müharibələr, müharibə zamanı yaşananlar, müharibədən sonrakı həyat...
Maraqlanmağa başladığım gündən bu günə kimi oxuduğum kitablar, izlədiyim filmlər,videoroliklər məndə həqiqətən oxuyub, ruhuma yaxın olan bir janrı tapmağıma səbəb oldu.
Başa düşdüm ki, bu janrı sən demə oxuya bilirəmmiş.
Bu mövzu o qədər dərindir ki, bir hissəsi haqqında müəyyən fikirlər səsləndirə bilərəm yalnız...
Oxuduğum kitabların əksəriyyəti bu janrdadır. Hər dəfəsində müharibələr haqqında nələr, nələr öyrənirəm. Təbii ki, bu dərindən incidir.
...Reyslər üzərinə uzanmış adam, Çərpələng uçuran, Mənim payım, Min möhtəşəm günəş, Tunel, Leyla...
Bu adlarınını çəkdiyim hər bir kitab sadəcə möhtəşəmliyi ilə bərabər dəhşətdir. Çünki mövzu eynidir.
Fərqli olan ölkələr, dillər və müsibətlər yaşamış insanlardır.
Bunlar yəqin ki, o insanlardan sadəcə çox kiçik bir hissəsinin həyat hekayələridir.
Çox təəssüflə qeyd etməliyəm ki, müharibənin öz qaydaları kənarda qalır.
Niyə mülki əhali min bir əziyyət çəkir?
Niyə qadınlar, uşaqlar, yaşlılar böyük faciələrlə