Sabina Kazımova

Sabina Kazımova
@Sabinas_diary
Filologiya
ADU
Bakı
Bakı, 16 Eylül 1995
55 okur puanı
Mart 2022 tarihinde katıldı

Sabina Kazımova

, bir kitap okudu
8/10
·424 syf.·
4 günde okudu
·
2023 5. kitabı
Cəmşid Əmirov
8.4/10 · 115 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?

Sabina Kazımova

, bir kitap okudu
9/10
·86 syf.·
Beğendi
·
6 günde okudu
·
Okunma: 15 Ağustos 2023 00:00
·
2023 4. kitabı
Mehmet Rauf
7.9/10 · 10,1bin okunma
Cəfər Cabbarlı - Oqtay Eloğlu
9/10
·96 syf.··
Beğendi
·
2023 2. kitabı
·
25 saatte okudu
·
Okunma: 24 Nisan 2023 00:00
Bu dəfə sizə öz ədəbiyyatımızdan olan görməkli dramaturq Cəfər Cabbarlının 6pərdəli faciə - "Oqtay Eloğlu"dan yazacam. Dünya ədəbiyyatı zəngin olsa da, öz ölkənin ədəbiyyatını oxumaq insana başqa bir zövq verir. Çünki oxuduqca yazarların hansı cəmiyyətdən çıxdıqları, hansı problemləri dilə gətirdikləri problemlər sənə tanışdır, dili, fikirləri doğmadır. Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatının, teatrının yeni istiqamət almasında mühüm rol oynamışdır. "Oqtay Eloğlu" əsərini yazmaqda Cabbarlının məqsədi Azərbaycan Milli Teatrını yaratmaq ideyası idi. Təəssüflər olsun ki, kitabı oxuduqca bir əsr keçməsinə baxmayaraq bəzi problemlərin, hətta çoxunun qaldığını görüb üzüldüm. Daha bu torpaq neçə "Cəfər Cabbarlı"lar yetişdirməlidir ki bu problemləri dilə gətirib həll edən olsun. Bu ölkədə axı insana dəyər var mı ki, onun yaratdığı sənətə də dəyər verən olsun. Mövzusu: Əsərdə cəhalət içində boğulan cəmiyyət, pulun, səltənətin hakim olduğu dövrdə bütün varlığı ilə xalqını sevən, onun inkişafını arzulayan və bunun üçün ən gözəl yollardan biri olan milli teatrın yaranması kimi görən gənc Oqtayın mübarizəsidir. O, bu mübarizədə məqsədinə görə maddi rifahını, ailəsini belə qurban verir. Son üzüyünü belə teatrın ehtiyacları üçün satır. Dostu Səməd bəy, Oqtayın anasının və bacısın darda olduğunu öyrənib ona yaxşı iş təkliflərinin gəldiyini deyir. Lakin, Oqtay bundan imtina edir və cavabında xalqın səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə bilməyəcəyini deyir. Varlı ailəndən olan Firəngizə qarşı olan məhəbbəti onun çətinliyini bir az da artırır, həyatını dəyişir. Firəngiz Oqtayı sevsə də,sənətə dəyər verən biri olsa da qardaşı Aslan bəyin təkidi ilə ona sevmədiyini, hər şeyin yalan olduğunu bildirir. Oqtay bundan çox sarsılır, içində nifrət baş qaldırır və artıq
İnsan ve Toplum
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021563 okunma
9/10
·112 syf.··
2023 1. kitabı
·
11 günde okudu
·
Okunma: 29 Mart 2023 00:00
Stefan Zweig - Bir qadının həyatından 24 saat Yazarın bundan öncə "Dəhşətli sirr" kitabını oxuyub sevmişdim. Bu kitabı isə bir başqa sevdim. Ümumiyyətlə Stefan Syavqın bədii qələmi olduqca dolğun təsirlidir ki, insan yaşanmışlıqlarını, hisslərini oxucuya mükəmməldir şəkildə ötürə bilir. Bu kitabı ilə mənim sevimli yazıçılarım sırasına daxil oldu. Yazarın digər kitablarını da mütləq şəkildə oxuyacağam. Mövzusu: 67 yaşındakı bir qadının həyatı boyunca bir gün belə unutmadığı və heç kimə danışmadığı, özünə belə cəsarətsizcə etiraf etdiyi dərin hisslərin, insan ehtirasının və nəhayətində yaşadığı o 24 saatı anladan bir heyakə...Eyni zamanda bu hekayə insan hisslərinin, arzularının, seçimlərinin cinayət, əxlaq, günah kimi qavranılmasını sorğulayan bir hekayədir. Hekayə Riverdəki pansionatda subay və evli insanların masa arxasındakı mübahisə ilə başlayır. Mübahisənin mövzusu stabil həyatı, ailəsi, iki qızı olan qadının - madam Anrietin pansionata yeni gələn fransız cavan, yaraşıqlı oğlana qoşulub getməsi ilə başlayır. Masa arxasında hər kəs onu qınayır, əxlaqına şübhə ilə yanaşır və düşünürdülər ki heç bir namuslu qadın 3 saata tanıdığı birinə görə uşaqlarını atıb getməz. Hekayəni nəql edən əyləncə xətrinə mübahisəni qızışdırmaq üçün madam Anrietə davamlı olaraq haqq qazandırır. Bəzən mübahisələr elə qızğın hal alır ki, əsərin baş qəhrəmanı kübar, nüfuzu ilə seçilən ingilis Missis K. aranı sakitləşdirirdi. Hekayəni nəql eləsən bu oğlan və Missis K. arasında gözəl dialoqlar olur və bu dialoqlar ingilis qadının məqsədyönlü şəkildə verilmiş sualları əsasında yaranır. Beləcə 67 yaşlı Missis K. 20 ildən çox keçməsinə baxmayaraq yaşadığı unudulmaz o 24 saatı ilk və son dəfə sadəcə bu oğlana danışmağı qərara alır. Bu 24 saatda nə baş verir heç nə yazmayacam)) Oxuyun sadəcə
İnsan ve Duygular
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2024151bin okunma
Bu dikenli, sevgisiz ortamlara alışkındık hepimiz, plazaların insanın ruhunu öldürdüğü, herkesi robota çevirdiği gerçeğini çoktan öğrenmiştik. Eğer ortaçağ şövalyelerinin demir zırhları gibi, görünmez bir aldırmazlık zırhı giymezsen, buralarda barınmana olanak yoktu.
Sayfa 144·Kitabı okudu
İnsan ve Hayat