Carpe diem

Səssiz-səmirsiz ağlayan qadınlar dərdlərini hətta əzələlələrinə qədər yaşayanlardır. Çünki insanların onları anlamayacaqlarını qəbullanıblar.Canları çox yanmışdır. Gözyaşları içlərinə doğru axar, axdıqca qəlblərini zəhər kimi yandırar. Hiss etdikləri duyğudan əsla tətmin olmazlar. Çünki ürəkləri çox qırılmışdır.Onsuzda zərif olan həmin ürəkləri artıq heç bir şeyə dözməyəcək bir vəziyyətə gələr. Hər kəs onların şən olduqlarını düşünər. Onlar hər kəsin üzünə gülər, hər kəsin dərdini dinləyər. İnsanlar onlara dərdsiz gözü ilə baxıb qibtə edərlər. Halbuki onlar hər şeyi içində yaşayarlar. Heçkimin ruhu belə duymadan.
Mücrü·Kitabı okudu
Edebiyat
Etimoloji Defteri
Mücellit Nedir ?
6/10
·212 syf.··
2024 5. kitabı
·
5 günde okudu
·
Okunma: 15 Eylül 2024 21:48
Vüqar Bayramlının -İntihar sürprizi detektivini oxuyub bitirdim. Kitab axıcıdır, dili sadədir. Əslində yorğun beynimə fasilə vermək istəmişdim. Kitab götürmədiyim günlərdən birində yolüstü Rebusdan almışdım. Ürəyim getdi deyə bilməyəcəm amma detektiv sevənlər beyin gimnastikası üçün oxuya bilər. Uzun müddət kitab oxumayan və ya oxumağa yeni başlayanlar üçün maraqlı seçim ola bilər. *** Generalın təkbaşına böyütdüyü bloger qızı səhər tezdən atasına günün sonuna qədər ona əla bir sürpriz edəcəyini bildirir, günorta isə qızın ölüm xəbəri gəlir. Qızın ölümünü araşdıran bütün istintaq qrupları bu ölümün intihar olduğunu təsdiqləyir. Qızın ölümündən qabaq yazdığı intihar məktubu və öz ölümünü anbaan qeyd etdiyi videoda intihar vidası var. Atanın isə bu ölümün intihar olduğuna inanmamağa əsasları var. Qızın ölümünü araşdırmaq üçün dəvət olunmuş detektivin hərəkətləri və işinə biganə yanaşması istintaqı aparan nazirliyin məsul şəxsinin səbir kasasını doldurur... Cinayət, intihar , yoxsa ehtiyatsızlıq? İnsanlıq xarakter və cəsarətlə ölçülür.Xaraktersiz insan həyata ölü doğulur. Çirklənmiş bədəni təmizləmək olardı, çirklənmiş ruhu təmizləmək isə olduqca çətin, hətta mümkünsüz idi.. Kitabla qalın , əziz dostlar.Xoş mütaliələr hər kəsə
İntihar SürpriziVüqar Bayramlı · Mayak Nəşriyyatı · 202430 okunma

Carpe diem

, bir kitap okudu
6/10
·212 syf.··
5 günde okudu
·
2024 5. kitabı
Vüqar Bayramlı
7.1/10 · 30 okunma
8/10
·192 syf.··
Beğendi
·
2024 4. kitabı
Salam Qədirzadənin “Ulduzlar sayrışanda” əsərini oxuyub bitirdim. Yazıçının dili çox sadədir, axıcıdır. Yeni nəşrlə, yeni dizaynla yazıçının əsərlərinə yenidən həyat verib Xan nəşriyyatı. Roman gənc bir jurnalistin öz ətrafını, bütövlükdə cəmiyyəti necə dəyişməyə çalışması ilə yanaşı onun şəxsi həyatına da fokuslanır, faciəvi sevgi hekayətini oxuculara təsirli bir dillə anladır. Neçə il əvvəl öz məhəbbətini xərçəngə uduzmuş Ərdost bu dəfə sevgini eyni simada, amma başqa insanda tapır. Eldost sevgisinə müsbət cavab ala biləcəkmi? Bəs ucqar dağ kəndində başına başqa hansı macəralar gələcək? Kitabda bir roman və bir “Ömrün təzə illəri” povesti var. Povestdə yanlış yola sapan baş qəhrəman nəhayət, öz səhvini anlayır və hər şeyi yoluna qoymağa çalışır. Bir qızın saf məhəbbəti onu uçuruma yuvarlanmaqdan xilas edir. P.S. Hər iki əsərdə sevgi qalib gəlir. Sevgi insanı dəyişdirir, düzəldir, xilas edir. Ərdostu yenidən həyata bağlayan saf sevgi və əzmi olur. Bütün hallarda doğru olan qazanır. Mübarizəndə düzsənsə romandakı şofer İsgəndər kimi əvvəl axır sənin üçün də yaşıl işıq yanacaq. Buna inanmaq və həvəsdən düşməmək lazımdır. Qarşınıza qoyduğunuz hədəflərinizə çatmanız diləyi ilə hamıya xoş mütaliələr
Ulduzlar SayrışandaSalam Qadirzade · Xan Yayınevi · 20245 okunma

Carpe diem

, bir kitap okudu
8/10
·192 syf.··
Beğendi
·
2024 4. kitabı
Salam Qadirzade
8/10 · 5 okunma