Carpe diem

9/10
·136 syf.··
Beğendi
·
2024 7. kitabı
·
7 saatte okudu
·
Okunma: 29 Eylül 2024 17:02
Seymur Orucun - Nikolya Boneni Şərqə aparan hekayə adlı romanını oxuyub bitirdim. Gənc (1994 təvəllüdlü) yazar Seymur Oruc ixtisasca mühəndisdir. “Nikolya Boneni Şərqə aparan hekayə” Seymur Orucun ikinci romanıdır. Bu roman 2022-ci ildə “TEAS PRESS” nəşriyyatının təsis etdiyi “Gənclərin roman müsabiqəsi”nin laureatıdır (II yer). Kitab Şərq-Qərb münasibətləri və cəmiyyətlər, dəyərlər arasındakı fərqlərin müşayiəti ilə sizi Avropa paytaxtlarına – Parisə, Londona, ardınca isə Qafqaza – Yerevana və Bakıya kimi gətirən həqiqət axtarışının hekayəsidir. Qəhrəmanımız – “Reuters” agentliyinin əməkdaşı Nikolya Bone ən əvvəldə bilmirdi ki, öz həqiqətini tapmaq üçün çıxdığı bu yol onu bir xalqın həqiqət axtarışlarına gətirib çıxaracaq, hətta bəlkə də, bir caniyə çevirəcək… Əsərdə ana xətt erməni-müsəlman davasıdır. Gənc olmasına baxmayaraq yazar çox gözəl bir iş ərsəyə gətirib. Fransada yaşayan jurnalist Nikolya Boneni öz ailəsinin bioloji olmadığını öyrənir.13000 dollara hazırki Fransız ailəsinə Azərbaycanlı ailə tərəfindən satıldığını öyrənən Nikolya Azərbaycana nifrət edir. Lakin sonradan onun Qarabağ savaşında əsir düşmüş anasından erməni tərəfindən qoparılaraq satıldığını öyrənir.. Erməni vəhşiyi bu əsərdən də yan keçməyib. Böyük təəssüf hissi ilə əsərin sonluğunu dəyişmək istərdim. Mən Nikolyanın yenə də azərbaycanlı olduğuna inanaraq kitabı sonlandırdım. Yazıçı şübhə toxumları səpməklə qəhrəmanın gah Azərbaycan gah erməni olduğunu oxucuya çatdırır. Seymur Oruc, Nikolyanın sizin təxəyyülünüzdə azərbaycanlı olduğuna inanmaq istəyirəm!!! Həqiqətən insan öz vətənini, valideynlərini, övladını və çoğrafiyasını seçə bilmir. P.S. Geçikmiş ədalət ədalətsizliyin özüdür , Seymur Oruc!!Həqiqətən də gecikən ədalət ədalət sayılmır. İnsanın yarasına su səpmir ..Asya xanımın
Nikolya Boneni Şərqə Aparan HekayəSeymur Oruc · Strauss Nəşriyyatı · 202341 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?

Carpe diem

, bir kitap okudu
9/10
·136 syf.··
Beğendi
·
7 saatte okudu
·
2024 7. kitabı
Seymur Oruc
8.7/10 · 41 okunma

Carpe diem

, şu anda okuyor
%54 (200/365 syf.)
Mehmet Rauf
7.5/10 · 50bin okunma

Carpe diem

, bir kitabı yarım bıraktı
Xan
9/10 · 57 okunma
7/10
·416 syf.··
Beğendi
·
2024 6. kitabı
·
7 günde okudu
·
Okunma: 22 Eylül 2024 13:42
Növbəti kitabı Rüfət İsgəndərzadənin- Əks- Dejavü psixoloji - detektivini oxuyub bitirdim. Kitab çox axıcı, dili çox sadədir. ***Son günlərdə həyat yoldaşının laqeydliyindən narahat olan Ramilə xanım gündən-günə beynində artan sualları cavablamaq üçün detektiv təyin etdikdən sonra xəyanətə uğradığını öyrənir. Baş verən bu hadisədən sonra Ramilə xanımın həyat yoldaşı Taleh Muradov bir anda amansızca qətlə yetirilir. Araşdırmalar nəticəsində Taleh bəyin iş həyatında bəzi qaranlıq məqamlar gözə çarpıb şübhəlilərin sayını artırsa da, qısa bir müddət sonra onun həyat yoldaşına xəyanət etdiyi məşuqəsi Sevil Camalzadənin də öz mənzilində qətlə yetirilməsindən sonra əldə edilən sübutlara əsasən bütün hədəflər yalnız bir nəfəri göstərirdi. Lakin hadisəyə daxil olan şəxsin araşdırmaları nəticəsində bu cinayətlərin bütün gerçəkləri və sonrasında baş verənlər təəccüblü olduğu qədər bəzi duyğusal anların da yaşanmasına səbəb olacaqdı. Səssiz-səmirsiz ağlayan qadınlar dərdlərini hətta əzələlələrinə qədər yaşayanlardır. Çünki insanların onları anlamayacaqlarını qəbullanıblar.Canları çox yanmışdır. Gözyaşları içlərinə doğru axar, axdıqca qəlblərini zəhər kimi yandırar. Hiss etdikləri duyğudan əsla tətmin olmazlar. Çünki ürəkləri çox qırılmışdır.Onsuzda zərif olan həmin ürəkləri artıq heç bir şeyə dözməyəcək bir vəziyyətə gələr. Hər kəs onların şən olduqlarını düşünər. Onlar hər kəsin üzünə gülər, hər kəsin dərdini dinləyər. İnsanlar onlara dərdsiz gözü ilə baxıb qibtə edərlər. Halbuki onlar hər şeyi içində yaşayarlar. Heçkimin ruhu belə duymadan. Sevgi belə olmur.Sevgi bəzən istənilməyəndə sakit və səssizcə gedə bilməkdir. Hər bir insanın sevgini yaşaması , hiss etməsi və ifadə etmə tərzi çox fərqlidir. Kimilərinə görə əsl sevgini tapmaq olduqca çətindir. Bəziləri isə gerçək
Əks-DejavüRüfət İskəndərzadə · Mücrü Nəşriyyatı · 20231 okunma