Heather Morrisin- Auşvitz döyməçisi əsərini oxudum.
Bəlkə də , “Auşvitz döyməçisi” əsərini hamı oxumalıdır. Uşaqdan -böyüyə kimi. Niyə? Çünki hər bir insanın həyatında çətin, dözülməz saydığı dönəmlər olur. Bu , qaçılmazdır. Məhz , belə dönəmdə bu əsərin gerçək qəhrəmanları hər kəsə gözəl nümunə ola bilər.
Auşvitz ilk olaraq 1940- cı ilin may ayında polyak siyasi məhbusların saxlanması məqsədilə inşa olunmuşdur. Burada kütləvi məhvetmə prosesinə 1941- ci ilin sentyabr ayında başlanılmışdır. 1942- ci ilin əvvəlindən 1944- cü ilin sonlarına qədər almanlar tərəfindən işğal olunmuş Avropanın hər yerindən qatarlar vasitəsilə yəhudilər buradakı qaz kameralarına gətirilir və zəhərli qaz vasitəsilə kütləvi öldürülürdü.
Əsərin baş qəhrəmanı Lale də Skovakiya yəhudisidir. O Auşvitz - Birkenau toplama düşərgəsinə 1942-ci ilin aprelində gətirilib. Ona, Almanlar tərəfindən digər bütün əsirlərin qollarına onların nömrələrini döymə etmək tapşırılır. İki il yarım əsirlikdə sağ qalmağa çalışan Lale həyat ilə ölüm - dirim mübarizəsi verir. Evindən çıxan an özünə söz verir. Nəyin bahasına olursa olsun sağ qalacaq. Sözünə inanır və əməl edir. Lale çox cəsur, çox ağıllı və digər əsirlərin həyatlarını xilas edən ürəkli biridir. O həyatı ilə risk edərək tikintidə işləyən insanlarla ölən yəhudilərdən qalan daş- qaşları dəyişərək yemək, ərzaq, dərman alıb gizlin yollarla əsirlərə verir.
1942- ci ilin iyul ayının bir günü , 32407 nömrəli Lale qoluna 4562 nömrəsinin döyməsini etdirmək üçün titrəyərək növbədə gözləyən bir gənc qadınla tanış olur. Gitaya vurulur və sağ qalacağına, Gitanın da buradan sağ çıxacağına və onların evlənəcəyinə and içir.
Lalenin həyatı , ümidin, sevginin və insanlığın ən pis və qaranlıq şəraitdə belə yaşaya biləcəyinin güclü bir dəlilidir.
Lale gücün, məqsədin
Nədir həyat? Biz niyə yaşayırıq? Niyə bu qədər şeyi uydurmaq məcburiyyətində qalmışıq? Əgər ilahi hekayələr düzdürsə, belə bir imtahan nəyə gərək idi? Maraqlı olsun deyə? Kim üçün? Biz üçün , ya..? Yəni ilahi tamaşaçılar sıxılmasın deyəmi hərəmiz bir rolu üstlənib oynayırıq? Yoxdursa bəs? İlahi heç nə yoxdursa, tamaşaçısı olmayan bu ssenarini niyə oynayırıq?
Xoşbəxtlik...Bir qrup hərf yan-yana düzülür və xoşbəxtlik ortaya çıxır. Həqiqətən, nədir xoşbəxtlik? Məsələn, mən indi dişim ağrımadığı üçün özümü xoşbəxt hiss etməliyəmmi? Çünki ağrıdığı zamanlar çox bədbəxt hiss edirəm. Görəsən, bədbəxt hiss etdiyimiz bütün zamanları xoşbəxtliyə aid edə bilərikmi, ya onun nəsə xüsusi bir zamanı olur?