Bu şəhərdə çoxunun varlı olması barədəki qənaətin yanlışlığı bir də ondan irəli gəlirdi ki, şəhər sakinlərinin mütləq əksəriyyəti sanki özünü başqalarına göstərmək üçün yaşayırdı. Yəni avtomobil sükanı arxasında oturan, kafe- restoranlarda əylənən və cibində bahalı telefon gəzdirən adamların heçdə hamısı əslində, pullu-imkanlı deyildi.