Ermiş kitabını böyük ümidlərlə alıb daha 3.səhifəsində xəyal qırıqlığına uğramış bir qız yazır bunları.
Kitab 28 başlıq altında sujetdən ibarətdir. Bölüm-bölüm bir çox mövzular haqda Ərmişə sual verirlər və o da cavablandırır. Kitab, Ərmişə verilən suallardan və onun verdiyi cavablardan ibarətdir deyə bilərik. Kitabın daha ilk səhifələrində qarşılaşdığım bir bölmə o qədər enerjimi aşağı saldı ki, kitabı yarımçıq qoymasam da, soyudum. 3.bölüm olan evlilik mövzusunu oxuyarkən hardasa gördüyüm yadıma düşdü. Sonra məhz bu cümlələri Oshonun kitabında da gördüyümü xatırladım. Kitab bitənə qədər, görəsən, "hansı bir-birindən copy paste edib?" deyə içim-içimi yedi. Sonra girib hər iki yazıçını da google-ladım. Ancaq Cibran 1931də vəfat edib və Osho isə 1931də dünyaya gəlib. Bu da onu göstərdi ki, Cibran köçürməyib. Buna baxmayaraq, mən Oshonun da köçürdüyünə inanmaq istəmirəm. Nə isə, bu belə. Bir başqa mövzu isə elə bu gün burada-instagramda yaşandı. Bir səhifənin altında "Ermiş" kitabı ilə yazışırdım(yenə qaralayırdım kitabı). Belə cavab gəldi ki, "yaşanmışlıqları olmayan və həyatında təcrübəsi olmayanlar bu kitabı bəyənməz". Birincisi, kitabı bəyənib bəyənməmək bunlarla bağlı bir şey deyil. Çox kitab oxuyan insanlar (bu bir tərif deyil, izahdır) artıq bəyənib bəyənmədiklərini aydın görür, onlar kitabları seçmirlər, kitab onları seçir. Və bir kitab bəyənilməsə bilər, onlar özləri də başa düşür ki, bəlkə bu kitab üçün yalnış zamandır. Ona görə də bir neçə müddətdən sonra yenidən oxuya bilirlər. Hər şeyi təcrübə ilə əlaqələndirməyin. Mənim 1 ay sonra 19 yaşım tamam olacaq. Mənə yazdığınız təcrübə ilə bağlı şeylər bilirsiz nəyə oxşayır, O, universitetdən yeni məzun olmuş birisindən iş görüşməsində 3 illik təcrübə istəmələrinə..