Həqiqətən də əgər insanlara yüksək mənəviyyat və müdriklik aşılamırıqsa, onda onları necə xoşbəxt edə bilərik? Axı onda yamanlıq heç vaxt azalmayacaq. Uşaqlara hələ gənc yaşlarından əxlaqsızlığa ikrah hissi aşılamaq son dərəcə vacibdir, bu yalnız Allahın əxlaqsızlığı qadağan etməsi ilə deyil, onun özlüyündə iyrənc olması ilə bağlıdır! Axı əks təqdirdə onlarda son dərəcə asanlıqla belə bir fikir yarana bilər ki, istədikləri vaxt əxlaqsızlıq edə bilərlər və əgər Allah bunu qadağan etməsəydi, əxlaqsızlıq etmək mümkün olardı və yəqin ki, bircə dəfə üçün Allah insanın günahından keçərdi. Allah son dərəcə müqəddəs varlıqdır, o yalnız yaxşılıq arzu edir və bizdən tələb edir ki, xeyirxahlığı onun tələb etməsinə görə yox, daxili məziyyətinə görə dəyərləndirək. Uşaqların iradəsini qırmaq yox, onu təbii maneələrlə tabe olmağa alışdırmaq lazımdır.
Kitab, çox yerdə özünü təkzib etsə də, bir az qarışıq olsa da, hərf səhvləri olsa da, oxunulası idi.. Ancaq kitabı İDİOT yayınevindən almağınız məsləhət deyil. Kitab, ümumilikdə adından da göründüyü kimi pedaqogikadan bəhs edir.
Eğitim ÜzerineImmanuel Kant · İz Yayıncılık · 20182,108 okunma
Kürk Mantolu Madonna
"Dünyada bana hiçbir şey, tabiattan melül bir insanın zorla gülmeye çalışması kadar acı gelmemiştir." Kitab çox satılan, çox təriflənən olduğundan tərəddüd edərək alıb uzun bir müddət də rəfimdə qaldı. Nəhayət, aldım əlimə və oxumaq qərarına gəldim. Bütün kitablarım kimi bu kitab da mənimlə çox gəzişdi. Və kitabın son səhifəsini də ağzı açıq bir şəkildə metroda oxuyub bitirdim.
Kitab Havranlı Raif Efəndinin gənclik illərində Almaniyaya getməsi və getdiyi sərgidə onu ovsunlayan sima ilə qarşılaşmasından bəhs edir. Tabloda seyrə daldığı və hər gün görmək üçün can ataraq izlədiyi bu sima ilə qarşılaşırmı yoxsa xəyalındamı təsəvvür edir, oxuduqca aydınlaşır. Ancaq uşaqlıqdan zəif xarakterli, sakit böyüyən birisi olaraq Raif çox vaxt əlinə keçən fürsətləri qaçırır və bu da biz oxucuları əsəbləşdirir. Bu qədər həyatına, taleyinə laqeyd yanaşan bir obrazla ilk dəfə tanış olduğuma görə mən də əsəblərimi güclə cilovlayır, hətta bəzən harada olduğuma baxmayaraq mimiklərimlə reaksiya göstərirdim.
Əsərdə bir qadın obrazı da diqqətimi cəlb etdi ki, Raif Efəndi ilə müqayisədə tamam fərqli biridir. Açıq sözlü, feminist, ayaqları üstündə dura bilən və realist olan bu qadın obrazı çox xoşuma gəldi.
Sabahattin Alidən oxuduğum ilk kitab idi, qələmini sevdim; Axıcı, həyəcanlı və səlis qələmi var. Təkrarçılıqlarla işi çox yoxdur.
Çingiz Abdullayev- Məşhər ayağında
"O çox riskli bir peşə sahibidir.
Yadlar arasında doğma, doğmalar arasında yaddır, o, ömrü boyu "uydurma tərcümeyi halla" yaşayır. Təhlükə və yalan içində ömür sürür.
O xarici kəşfiyyatda bacarıqla yüksək zirvələri fəth etmiş adamdır. Ən çətin tapşırıqları yerinə yetirən super-casusdur. O hər gün rastlaşdığı ölümlə oyanayan həssas oyundaşdır. Lakin o, sonadək- qələbə qazananadək oyun meydanındadır.." Kitab SSRİ ilə ABD arasındakı problemlərdən və əlaltı aparılan əməliyyat tədbirlərindən bəhs edir. Təbii, hadisələrin bir çoxunun reallıqla əlaqəsi yoxdur. Ancaq kitabda əks etdirilməsi istənən mövzularını həyatdan götürülməsi və kitabın nəşr olunduğu tarixlərdə dedektiv növün maraqları cəlb etməsi yazıçının yararına olub deyə bilərik.
Azərbaycanı heç bir vəziyyətdə və zaman dilimində alçaltmaq kimi bir istəyim olmayıb. Ki, azərbaycanlı olmağımla qürur duyur, azərbaycanlıları sevməsəm də, Azərbaycanı, torpağımı sevirəm. Ancaq gəlin düzünü deyək ki, axı hər şeydə ən yaxşısı bizim deyil, eləcə də dedektiv əsərlərdə. Ona görə də atamdan aldığım məsləhəti heç vaxt unutmamış və hər zaman ona əməl etməyə çalışmışam. Kişi deyirdi ki(hələ də deyir) : Əvvəl Azərbaycan dedektivlərini oxu, sonra xaricilərə keç. Birinci xaricələrinkini oxusan, özümüzünküləri oxuya bilməyəcəksən. Mən də bu məsləhətə əsasən hələ ki, Azərbaycan dedektivlərini oxuyuram.
Kitabda baş rolda gedən Kamal Aslan obrazıdır. Haralı olduğu çox qarışıq olan bu obraz çox xoşuma gəldi doğrusu. İşindən asılı olmayaraq, əslində bir az da öz xarakterini göstərməsi, alicənablığı məndə ona simpatiya yaratdı. Onun yanında paralel obrazlarda gedən iki qadın ; Marta (köhnə həyat yoldaşı) və Sandra (sevgilisi deyə bilərik) Kamalın özünə məxsus xüsusiyyətlərini (hansı ki, bunları heç də
Məhşər AyağındaCengiz Abdullayev · Qanun Nəşriyyatı · 201485 okunma