Çox şirin bir söhbət başlandı, lakin bu məhz həddindən artıq şirin bir söhbət olduğu üçün yenə kəsildi, davam edə bilməzdi. Sınaqdan çıxmış, ən doğru bir vasitə oıan qeybətə, dedi-qoduya əl atmaq lazım gəlirdi.
-Doğrudur. Elə hallar olur. Ancaq yenə də hər şey bizdən asılıdır.
-Nə cür?
-Biz ürəyimizin, vicdanımızın səsini eşidib, səbirlə yolumuza davam etməliyik. O zaman gec-tez həqiqət meydana çıxar. Yaxşılıq elə, balığı at dəryaya, balıq bilməsə, xalıq bilər.