Cavab almışdı ki, gecələr yuxusuzluq zamanı, ümumiyyətlə, gecələr fikir və hislərin dəyişməsi və haçalanması "çox fikirləşən və çox hiss edən" insanlar arasında ümumi bir haldır ki, bütün həyat inamı bəzən qəflətən gecənin yuxusuzluğun malxulyası təsiri altında dəyişir; birdən heç bir səbəb olmadan qəti qərarlar alınır, əlbəttə müəyyən ölçü daxilində. Əgər insan özündə bu haçalanmanı həddindən artıq hiss edirsə, bu onu iztiraba aparıb çıxarır və şübhə yoxdur ki, bu xəstələyin başlaması əlamətidir.