Lyanna

Lyanna
@Stargaryen
54 okur puanı
Ağustos 2019 tarihinde katıldı
Hələ 30. Səhifədəyəm və o qədər xoşbəxtəm ki...
10/10
·318 syf.··
2024 12. kitabı
Axır ki, "ən sevdiyin kitab hansıdır?" sualına beynimə axışan onlarla kitabdan heç birini seçə bilməyib səssiz qalmaqdansa,tək səfərdə "Səmərqənd" deyə biləcəm. Məncə hamı həyatında bircə dəfə də olsa bu kitabı oxuyacaq. Məsələ gecikdirməməkdir sadəcə. Xoş mütaliələr
SemerkantAmin Maalouf · Yapı Kredi Yayınları · 200174,7bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
6/10
·512 syf.··
2023 126. kitabı
Bu kitabı oxumaq üçün özümü məcbur etdiyim müddət ərzində 3 kitab bitirərdim... Təbii bu cümlə ilk 200 səhifə üçün keçərlidir.qalanı axıcı idi deyə tez bitdi.Finalla qane oldum mu? -əsla. Baş personaj heçnəyi unutmayan,megazəka, istisnasız sadəcə dahi insanların sahib olduğu Sinestezi və Asperger sindromundan əziyyət (!) çəkən keçmiş polisdir.Əslində məni kitabı oxumağa vadar edən şey də elə məhz bu idi.Hekayəni ağzından eşidəcəyimiz şəxsin hədsiz ağıllı olması... Problem orasındadır ki,yazıçı yazdığı personaj qədər ağıllı deyil.Vəhy kimi hardan gəldiyi məlum olmayan dəlillər, sübutlar,fərziyyələr... Dediyim kimi kitabın ikinci yarısı axıcı idi.Lakin sonluq "bu qədər idi yəni?!" dedirtdi. Yenə də maraqlı idi.Xoş mütaliələr.
1000k
Unutamayan AdamDavid Baldacci · Doğan Kitap · 2016122 okunma
Aileniz için ne kadarınızı feda ederdiniz?
10/10
·488 syf.··
Beğendi
·
2023 125. kitabı
Kitabı henüz bitirmedim.Ama kendimi inceleme yazmak için burda buldum. İnsanlar sürekli okudukları kitabı bitirmek istemediklerini,sonunu ertelediklerini söylerler ve bu bana garip gelir.Bir şey ne kadar güzelse bile bitmesini istersiniz,öyle değil mi? Sonlar hikayenin parçası değil mi? Kitap biter.Final güzelse duygusal olarak tatmin olur, düşünür ve yeni kitaplara yönelir,başka pencereleri açarsınız.Bir sürü güzel elbisen olunca sürekli yenisini giymek istemek gibi... Ama sanırım kitabın sonunu ertelemek için buraya geldim.Ya da Anna'yı çok iyi anladığım gerçeğiyle yüzleşmekten kaçınmak için.Aslında yeteri kadar empati sahibi biri bu hikayede suçlu kimsenin bulunmadığını söyler. Ama ihmal edilmiş bir çocuk olarak büyüdüyseniz Anna cephesinde yer alacağınız kesin:') Güncelleme: bitti.Yazar günlük rutinini 400 sayfalık kitap haline getirip okurlara sunsa nefessiz bitiririm sanırım.Okuduğu tüm çarpıcı cümleleri işaretleyen biriyseniz,yorulacağınız kesin. Kullandığı ifade biçimleri, benzetmeler çok güzel.Duygusal olarak toparlanıp yazarın diğer kitaplarına yönelmeyi düşünüyorum.İyi okumalar
1000k
Kız Kardeşim İçinJodi Picoult · April Yayıncılık · 20191,866 okunma
Özündən başqa kimə güvənə bilərsən?
6/10
·456 syf.··
2023 124. kitabı
Etdiyiniz şeyləri xatırlamamağınız normal haldır. Təbii ki,insanları öldürmək buna daxil deyilsə... Ölkə səviyyəsində axtarışda olan Charlie bütün dəlillər onu işarə etdiyi halda, ətrafındakı hər kəsi qatil olmadığına,öz əlyazısı olan notları özünün yazmadığına və ağıl sağlığını itirmədiyinə inandırmalı,bunun üçün isə öncə özü bunlara inanmalıdır. oxumağa qərarlısınızsa,ilk 150 səhifəyə dözün,ardı nisbətən axıcı davam edir. İlk başda Shutter island 'a bənzətmişdim.Sonu gözlənilməz deyildi,təəccüblənməyəcəksiz.Xoş mütaliələr.
1000k
Akıl OyunlarıDaniel Palmer · Koridor Yayıncılık · 20131,870 okunma
Düşünerek kendini alt edebilir misin?
8/10
·368 syf.··
Beğendi
·
2023 123. kitabı
·
25 saatte okudu
·
Okunma: 19 Ağustos 2023 00:00
Özümüzə qarşı verdiyimiz savaşı necə qazanarıq? Və ya qazansaq,bu bizim güclü olduğumuz mənasına gəlir,yoxsa zəif? Qaranlıq maddə multiverse nəzəriyyəsini əsas tutaraq yazılmış, yarı elmi-fantastik,yarı macəra kitabıdır.Mövzunu isə Kayıp Denklemler + Zaman Yolcusunun Karısı + 22/11/63 + Gece Yarısı Kütüphanesi kimi düşünə bilərsiz. Kvant fizikası deyir ki,bir kvant zərrəciyi mümkün olan hər yerdən və hər zamandan keçir.həyatda etdiyimiz hər seçimlə,verdiyimiz hər qərarla yeni ehtimal gerçəkliklər yaradırıq və bunların hamısı eyni qədər realdır.Başqa sözlə seçmədiyinizi sandığınız hər alternativ yolu əslində seçmisiz.Amma başa dünyada:) Fizika həm də bu gerçəkliklər arasında hər hansı bir əlaqənin varlığını da inkar edir.Lakin kitabda elə tam olaraq bu gerçəkliklər arasındakı səyahətdən bəhs olunur.Təsəvvür edin ki,başqa qərarlar verən və dolayısı ilə başqa dünyada yaşayan kopyanız sizin həyatınızın daha yaxşı olduğuna qərar verir və sizin yerinizi tutur. Düşündüyünüz hər şeyi onun da düşündüyünü bilərək kopyanıza necə qalib gələ bilərsiz? Kitab sıxmır.bilgiyə boğmur.Özəlliklə kvant fizikası ilə maraqlanırsınızsa,cüt yarıq təcrübəsi, superpozizsiya halı,kvant çöküşü,müşahidənin gerçəkliyə təsiri və sair barədə məlumat sahibisizsə daha da çox sevəcəksiniz .Xoş mütaliələr
1000k
Karanlık MaddeBlake Crouch · Doğan Kitap · 2018409 okunma