The.Coupleslibrary

The.Coupleslibrary
@Thecoupleslibrary
Öğretmen
ADU
Baku
Baku
23 okur puanı
Kasım 2018 tarihinde katıldı
8/10
·56 syf.··
2020 85. kitabı
"Nereyi seversen, orası senin dünyandır." Oscar Wilde'nin öz uşaqları oxusun deyə yazdığı hekayələrdən ibarət kitabı️ İçində 5 fərqli hekayə var. Hər yaşda insanın oxuya biləcəyi, əslində uşaq ədəbiyyatına aid olan, lakin böyüklərin də oxuyub çox şey öyrənə biləcəyi bir kitabdır. Kitabdaki hər bir hekayənin öz havası, öz gözəlliyi var və dostluq, sevgi, fədakarlıq kimi insanı bir-birinə bağlayan hisslərlə bəzədiyi bu hekayələridə əsasən insanların eqoistliyinin, vəfasizliğının, empatiya qurmamasının nələrə səbəb olduğu göstərilir və öz gözləri qarşısına çəpərlər hörüb digər həyatları görməyənlərə dərs ola biləcək hekayələr olduğunu düşünürəm. Az səhifə ilə çox şey danışan kitablar hər zaman sevdiyim kitablar sırasına daxil olmağı bacarır. Ən sevdiyim hekayə adından da göründüyü kimi "Mutlu prens" oldu. Yazıçı bizə hekayədə xoşbəxtliyin necə dərin bir hiss olduğu, sevgi uğrunda fədakarlıq etməyin necə dəyərli olduğu çatdırmağa çalışır. Ümumiyyətlə kitabın uşaq ruhlu insanlar üçün yazıldığını düşünürəm. Məncə oxuyun, maraqlıdır.️
Edebiyat
Mutlu PrensOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202429,9bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi
"Niyə mən heç vaxt fikirləşməmişəm ki, anam da insandır. Onun da xəyalları, arzuları var?" Anam sənə əmanət… Park Sonyo adlı, ailəsini sevən, çox gözəl qəlbli bir anadan bəhs edir. Buna baxmayaraq, o həyat yoldaşından çox da sevgi görməyən, hətta xəyanətə məruz qalan bir qadındır. Övladları belə böyüdükdən və valideynlərinin yanından ayrıldıqdan sonra ona qarşı laqeyd olmağa başlayırlar. Bir gün o həyat yoldaşı ilə birlikdə uşaqlarının yanına həyat yoldaşının doğum gününü keçirmek üçün Seula gedirlər. Amma metroda həyat yoldaşının əlini buraxdıqdan sonra itir. Həyat yoldaşı və övladları onu axtarmaq üçün hər yola əl atırlar. Və birdən-birə həyatlarında hiss etməsələr bələ ən dəyərli varlıq olan insanın yoxluğu, onları anaları haqqında düşünməyə, keçmiş xatirələrini yada salmağa vadar edir… İlahi, kitabı oxuyanda gözlərim necə dolurdu… Necə heyecanlanıb, necə pis oldurdum. Sevdiklerimizə tez-tez onları sevdiyimizi deyə bilməmək çox pis bir hisdir. İnsan itirdikdən sonra bunu daha yaxşı anlayır. Kaş yanımda olaydı və onu daha çox sevdiyimi deyərdim, qucaqlayardim düşüncəsi insanı dəli edir… Görəsən anasını sevməyən insan varmı? Ana ilə övlad arasındakı bağın tamam fərqli olduğuna inanıram. Kitabı oxuyanda adam utanır… Anasını incitdiyi, əsəbləşdirdiyi, bəzən ona "offf" dediyi üçün utanır… Bir gün anam olmasa nə edərəm? Bunu düşünmək belə istəmirik. Həm ətrafımızdakılar, həm də özümüz heç vaxt ölməyəcəkmiş kimi yaşayırıq. Çünki biz insanlar nankoruq. Anamıza bizə hər gün yemək bişirdiyi üçün təşəkkür etmezkən, bir defe xoşumuza gəlməyən yemək bişirib deyə acılaya bilirik. Bir dəfə xoşumuza gəlməyən bir şey olan kimi, bundan öncəki bütün yaxşılıqları unuda biləcək potensiala sahibik… Kitabın dili çox fərqli idi. Bu dəfə yazıçı obrazlarla söhbət edirmiş kimi yazmışdı
Edebiyat
Anam Sənə ƏmanətKyung-sook Shin · Qanun Nəşriyyatı · 2019359 okunma
Puan vermedi
Bugün məni çox dərindən yaralayan bir kitab haqqında fikirlərimi bölüşmək istəyirəm. Kitab adı yəqin ki sizdə müəyyən bir təəssürat yaradır…Kitabda edama məhkum olunmuş bir məhbus, edam olunacağı ana kimi baş verən hadisələri qeydə alıb. Amma nə qeydlər… Yazılanlar o qədər duyğu dolu idi ki. Sanki hər anında o məhbusla birgə idim, onun həm fiziki həm mənəvi ağrılarını hiss edirdim... Məhbusun adı və ona konkret hansı cinayətə görə edam hökmü verildiyi qeyd olunmayıb. Düşünürəm ki, bu onun hisslərini, iç dünyasını daha yaxından tanımaq, onun duyğu, düşüncələrini anlamaq və empatiya qurmağımız üçün bu formada verilib. Məhbusun qeydlərində ən çox duygulandığım hissə onun qızı Mariya ilə görüşməsi oldu. İnsanın yaşamaq üçün ən son ümidinin belə puç olmasını ürək ağrısı ilə oxudum. Və insanların sırf edamı izləmək üçün pulla yer tutması, bu prosesə bir əyləncə kimi baxması, insanların eqoistliyi çox acınacaqlı idi. V.Huqo edama qarşı olan fikirlərini yazdığı bu əsəri ilk öncə, adsız olaraq çap etdirib. İnsanların kitaba reaksiyası ona çox maraqlı olub, çünki o dövrdə bu cür həssas bir mövzuya toxunmaq böyük reaksiyaya səbəb ola bilərdi, ki olur. Və bir müddət sonra kitabın ikinci çapında artıq o adını yazdırır. Yazarın bu əsəri yazmasına təkan verən hadisə isə, Parisdə gedərkən meydanda bir nəfərin edam olunduğunu görür və bu sarsıdıcı mənzərə ona çox təsir edir və bu əsəri yazır. Kitabı oxuduğum zaman, özümü sorğulayırdım. Kitab, edamla bağlı olan düşüncələrimin hansı yöndə olduğunu tam olaraq qərarlaşdırmağıma kömək oldu. Nə olursa olsun, edama qarşı olduğumu bir daha anladım. Edam heç vaxt çıxış yolu olmayacaq…
Edebiyat
Edama Məhkumun Son GünüVictor Hugo · Parlaq imzalar · 0152,6bin okunma
Puan vermedi
Bəzi kitablar var ki, oxuduğumuz hər cümlə bizə bir ümid bəxş edir. O cümlələrin arasında itib-batırıq. Sevginin, ümidin, cəsarətin, əzmin insan həyatına qatdıqlarını oxuduqca qəlbimizdə çiçəklər açır sanki… Kiçik problemlərimizi dağ qədər böyüdüb, şükr etməli olduğumuz minlərlə şeyi gözümüzdə çox kiçildirik… Avtobioqrafik janrda yazılan kitab, müəllifin özünün - yəni, Kristi Braun'un həyatından bəhs edir. Kitab yazarın öz dilindədir və ən əsası yazar bu kitabı SOL AYAĞI ilə yazıb.️ Kristi beyin iflici ilə dünyaya gəlir. Həkimlər heçbir ümid olmadığını, onun əqli baxımdan problemli olduğunu qeyd edirlər. Lakın onun o gözəl qəlbli anası, həkimlərin, başqalarının dediklərini vecinə almır və oğlunu bağrına basır, onun əqli geriliyi olduğunu qebul etmir, çünki o bir ana olaraq onun fərqli olduğunu hiss edir. Kristi zəkasi, cəsarəti ilə yazmağı, oxumağı, şəkil çəkməyi öyrənir. Daxili dünyasında yaşadıqları bəzən onu sarsıtsa, depressiyaya salsa belə,o yenə özünə gəlir və mübarizə aparır. Düşünürəm ki, onun bu qədər əzmli, cəsarətli olmasının ən böyük səbəbkarı onun ailəsidir. Ailəsinin ona qarşı olan sevgisi onu bu cür güclü edir. Xüsusilə Anası️Yenə və yenə Sevginin gücü...️ Çox gözəl, insana motivasiya verən, duyğuların aşıb daşdığı bir əsl həyat hekayəsidir.Əngəlləri aşmağımız, özümüzü kəşf etməyimiz, savaşmağımız, üfüqlərimizi aşmağımız, mənəviyyatımızı zənginləşdirməyimiz üçün çox gözəl bir kitabdır. Məncə, mütləq oxumalısız. Əminəm ki, çox bəyənəcəksiz️
Edebiyat
Sol AyağımChristy Brown · Nemesis Kitap · 201794,9bin okunma
Puan vermedi·723 syf.··
2020 201. kitabı
"Öz dilində şeiri olmayan bir xalqın nəyi ola bilər? Bir xalqın dil mədəniyyətini yaradan onun ədəbiyyatıdır. Şair həm şairdir, həm də öz xalqı danışan dilin müdafiəçisidir, dilin varlığını qoruyan əsgərdir." Məncə, elə kitablar var ki, onları bütün Azərbaycanlılar oxumalıdır. Çünki öz tarixini, öz mənəvi dəyərlərini unutmamalıdır. Əslində bu cür kitablar məktəb vaxtından şagirdlərə oxudulmalı və xalqımızın əsrlər boyunca apardığı mübarizəsi, mənəvi dəyərləri aşılanmalı, vətənpərvər ruhda tərbiyəsi üçün çalışılmalıdır. Kitab XII əsrdə olan Azərbaycanımız, onun ədəbi mühiti, o dövrdə mövcud olan sistemi, hökmdarları və xalqın mənəvi həyatını əks etdirir. Həmçinin mənim üçün xalqımızın ən dəyərli dahi şairi olan N.Gəncəvi'nin əsərdə ən əsas obrazlardan biri olması əsərə olan marağımı daha da artırdı. Roman 2 hissədən ibarətdir. Əsərin adı simvolik olaraq verilib. Xalqın fiziki gücü qılınc, mənəvi gücü isə qələmdir. N.Gəncəvi obrazı qələmi, Fəxrəddin obrazı isə qılıncı təmsil edir. Hadisələrin axışı, tarixi faktlar, yazarın bədii təsvirləri, obrazların özünəməxsus şəkildə aşıladığı fikirlər o qədər gözəl idi ki... Həqiqətən yazarın bu əsər üzərində çox əziyyət çəkdiyi, çox araşdırmalar apardığı o qədər bəlli olur ki… Əsərdə demək olar ki hər cür mövzuya toxunulub. Dövlət, siyasət, incəsənət, ailə, dostluq, xəyanət, hirs, kin və daha daha nələr… Saray həyatının təsviri,orda baş verən intriqalar çox həyəcan verici idi Obrazların sayəsində hər cür situasiya ilə qarşı-qarşıya qalırdım Qadın ağlının nələrə qadir olduğunu, necə böyük qüvvə olduğunu bir daha gördüm. Tarixi faktlarla yazarın bədii təxəyyülünün çox böyük ustalıqla əlaqələndirildiyi bir əsərdir. Məncə əsərin qalınlığına heç də fikir vermədən bu kitabı hərbiriniz oxumalısız.️
Tarih
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri Kitabevim · 2017283 okunma