The.Coupleslibrary

The.Coupleslibrary
@Thecoupleslibrary
Öğretmen
ADU
Baku
Baku
23 okur puanı
Kasım 2018 tarihinde katıldı
Puan vermedi·824 syf.··
2020 125. kitabı
"Mənim üçün həyatda qal..." Həyatı boyuncada heç müharibə görməyən 17 yaşlı Tatyana bir anda özünü ikinci dünya müharibəsinin içində tapır. Atasının ona çörək almaq üçün verdiyi pula mağazaların önündə çox sıra olduğu üçün dondurma alır və dayanacaqda oturub onu yeməyə başlayır. Bu zaman həyatını dəyişdirən bir əsgərlə, yəni Aleksandr ilə qarşılaşır və onların hekayəsi başlayır... Kitabda insanların müharibə ərzində verdiyi mübarizələri görürük. Aclığın təsviri o qədər həqiqi əks olunmuşdu ki, oxuduqca tüklərim biz-biz olurdu... Tatyana və Aleksandrın həm şəxsi həyatlarında, həm də sevgi münasibətində yaşadıqları çətinliklər, maneələr onları bir-birinə daha çox bağlayır və güclü edir. Əslində kitabı oxuyarkən çox əsəbləşirdim, bəzən Tatyananın, bəzən Aleksanrın etdiklerı məni dəli edirdi. Lakin o cür situasiyalarda nələr edə bileceyimizi təxmin bele etməzkən onlara əsəbləşsəm də bir-biriləri üçün etdikləri fədakarlıqlar mənə çox toxundu. Bəli, bu kitab sevgi romanıdır amma içində hər şey var idi; sevgi, müharibə, aclıq, ölüm, çarəsizlik, ümid... Bu cür həyatı bizə əks etdiren və iz buraxan kitabları oxuduğuma çox sevinirəm. Çünki hər zaman oxuduğum kitablar mənə yeni nələrsə qatmağı bacarır. Birinci kitabın adının niyə "Bronz atlı" olduğunu soruşursunuzsa, "Bronz atlı" Aleksandrın Tatyanaya hədiyə etdiyi Aleksandr Puşkinin kitabının adıdır. Bəzi yerlərdə kitabdan statlar da verilmişdi və kitablarda belə detalları sevirəm. Ümumiyyətlə, müharibə mövzusunda kitablar oxuyanda çox həssas davranmağa başlayıram və Lev Tolstoyun bu sözlərini xatırlayıram, - "İnsanları öldürmək üçün kəşf edilən güllə, top, bomba, raket, barıt və digər silahlardan daha dəhşətli nə ola bilər?" Seriya 4 kitabdan ibarətdir, lakin mən ikisini oxumuşam və sizə də bu iki kitabı oxumağınızı tövsiyə
Bronz AtlıPaullina Simons · Pegasus Yayınları · 20161,560 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
10/10
·104 syf.··
2020 2. kitabı
Xəlil Cibran ilə yəqin ki çoxlarınız tanişsınız. Yazıçının çox maraqlı və həyata dair bir çox məsələlərin yer aldığı kitabları var. Həyata baxış tərzi və düşüncələri mənə çox xoş gəlir. O yazıçı, filosof və rəssam olaraq tanınır. Onun dini görüşləri özünəməxsusluğu ilə fərqlənir. O, xristian adət-ənənələri ilə böyüsə də, üzərində islam dinin təsirləri də hiss olunur. Sufi fəlsəfəsi ilə yaxından tanış olur və təsirlənir. Uşaq yaşlarında evlərində müxtəlif dinlərdən olan insanların qonaq olması onun dünya görüşünün artmasında mühüm rol oynayır. Əksər şəxsi inkişaf kitablarından qat-qat daha çox sizi inkişaf etdirəcək, həyata baxışınızı gözəlləşdirəcək və düşüncələrini oxuduqca onunla tanış olduğunuza çox sevinəcəksiz.️ Ustanın sesi kitabı iki hissədən ibarətdir. Birinci hissədə müdrik birinin həyatından bir bölmə və onun tələbəsi haqqında oxuyuruq. İkinci hissədə isə həmin o müdrik adamın həyata dair düşüncələrini, hekayələrini və s. oxuyuruq. Bu kitabda hər mövzu haqqında uzun-uzun danışa bilərik. Qısaca hər birinizin oxumasını çox istədiyim kitablardan biridir. Əsər X.Cibranın özünə məxsus tərzi ilə qələmə alındığı üçün bir çox mövzuya həm fəlsəfi,həm dini baxımdan yanaşıb. Kitabda elm haqqında bir hissə çox xoşuma gəlmişdi və bunu sizinlə bölüşmək istəyirəm. Deyir " Zeki insan odur ki; Tanrıyı sever ve O'na saygi gösterir. Bir insanın erdemi onun renginde, inancında, ırkında ya da ahfadında değil bilgisinde ve ortaya koyduğu hizmetlerindedir. Çünkü, şunu hiç aklından çıkarma ki dostum, bilgi sahibi olmuş bir çobanın oğlu, cahil bir veliahttan daha yararlıdır ulusuna. Bilgi sizin gerçek soyluluk simgenizdir, babanızın kim olduğu ya da ırkınızın ne olduğu hiç mi hiç önemli değildir."
Edebiyat
Usta'nın SesiHalil Cibran · Destek Yayınları · 2017511 okunma
Puan vermedi
Hərkəsin qəlbində heyranlıq duyduğu böyük şəxsiyyətlər var. Gəlmiş keçmiş bütün qadınların içində ən böyük heyranı olduğum qadın isə Hz.Xədicədir. O qadın olmağın ən gözəl timsalıdır. Qadınların əsla dəyər görmədiyi, hörmət edilmədiyi bir zamanda yaşamasına baxmayaraq, öz gücü, qüdrəti və əxlaqı ilə hərkəsə nümunə olmuşdur. Səsi çıxmayan bütün qadınların səsi olmuşdu. Onun cahiliyyə dövründə necə bir xarakter və şəxsiyyət olduğunu anlamaq üçün onun həyatına kiçik bir səyahət etməyimiz belə kifayət edir. Bu kitab da onun həyatından bəhs edən çox səmimi bir kitabdır.️ O ilk müsəlman qadındır. Bütün var dövlətini İslam dininin yayılması uğrunda xərcləyən və İslama xidmət edən, uğrunda bütün zənginliklərdən, dünya malından əl çəkib, xoşbəxtliyi seçərək çadırda belə yaşamağa razı olan ən gözəl qadın idi... Peyğəmbərimiz (s.a.v) ilə arasında olan sevgi, hörmət hər bir ailənin təməlində olmalı və hər bir sevən insana nümunə olmalıdır. Xoş mütaliələr ️️
Din
Hz. Hatice (Radiyallahu Anha)Muhammed Emin Yıldırım · Siyer Yayınları · 20203,381 okunma
Puan vermedi
Fridrix Şiller ilə ilk tanışlığım "Qaçaqlar" pyesi ilə oldu. Şiller bu pyesi 23 yaşında olarkən yazıb və bu dövrdə Almaniyada mürəkkəb siyasi münaqişələr dövrüydü. Ölkədə respublika yaradılması uğrunda mübarizə gedirdi və özbaşınalıq hökm sürürdü. Belə ki, bu əsərin bu dövrdə yazılması və mövzusunun da ölkədəki hadisələrə uyğun olması normaldır. Əsərin baş qəhrəmanı Karl Moor əslində bir qraf oğludur və hadisələrin gedişində qaçağa, oğruya çevrilir. O apardığı mübarizədə varlılardan qarət etdiklərini kasıblara paylayır. Əsərin ana xəttini millilik, doğma vətənə, kökə bağlılıq, azadlıq mübarizəsi təşkil edir. Karl öz daxili ziddiyyətləri, mürəkkəb xarakteri ilə mövcud ictimai siyasi şəraitlə razılaşmayan bir obrazdır. Karl'dan başqa pyesdən çox diqqəti cəlb eden obrazlardan biri də Karlin qardaşı Frans'dır. Bir-birinə zidd xüsusiyyətləri olan iki qardaş sanki yaxşılığın və pisliyin timsalı olaraq oxucuya təqdim edilir. Pyesin yeganə qadın obrazı isə Amaliyadır. Sevgisi, sadiqliyi ilə sevdiyim bir obraz oldu.️ Dünya ədəbiyyat tarixində Şiller insanların dostu, kimsəsizlərin müdafiəçisi kimi şöhrət qazanıb. Yaradıcılığı boyu məzlumların mənafeyindən çıxış edib, ədalətsizliyə biganə qalmayıb. Bu səbəbdən də yüksək təbəqənin tənqidlərinə məruz qalıb. Ən böyük etiraza isə sözsüz ki, “Qaçaqlar” dramı məruz qalıb. Mən Fridrix Şiller'in qələmini çox bəyəndim və Cəfər Cabbarlının möhtəşəm tərcüməsinin də rolu böyükdür.️
Edebiyat
HaydutlarFriedrich Schiller · Antik Kitap · 2011416 okunma
9/10
·210 syf.··
2020 122. kitabı
Bəzi kitablar var ki, onu sadəcə bir söz demədən "Al, oxu" demək istəyirsən. Çünki ordakı hekayəni oxuyarkən o düşüşü, o yaşanmışlıqları hiss edəcəyinə adın qədər əminsən. Kitabın adı belə insana "Məni oxu" deyir. Yaşamaq... Hər kəs yaşayır. Amma necə? Kitabı oxuyarkən "Buna yaşamaq demək olar ki?" Deyə düşünə bilərsiniz. Kitab, Çində kəndləri gəzib kəndlilərdən dinlədiyi hekayələrlə xalq mahnıları hazırlayan bir səyyahın, kitabın davamında hekayəni danişan Fugui ilə tanış olması və onun hekayəsini dinləməsi ilə başlayır. Fugui'nin həyatını oxuyarkən, etdiyi səhvlərin, seçimlərinin, düşüncəsizliyinin yalnız öz həyatını deyil, öz yaxınlarının da həyatına necə təsir etdiyini görüb ona çox əsəbləşirdim, hansı yöndən baxsam, yenə də onun pis olduğunu düşünürdüm. Lakin oxumağa davam etdikcə, insanın vicdanı, o "lənət olsun içimdəki insan sevgisinə" ifadəsi ilə pis olduğunu düşündüyüm biri üçün belə kədərlənib, ağlaya bilirəm. Bir insan kimi Fugui etdiyi səhvlərin bədəlini ödəyirdi, yalnızlığa doğru addım-addım irəliləyirdi, acıları durmadan artırdı və mən onun yalnızlığını qəlbimin ən dərinliklərində hiss edirdim. Kitabın içində Çində olan kommunizm, Çin inqilabı və Mao dönemine aid bir sıra izlər var. İnsanların yaşadıqları çətinliklər də obrazların timsalında çox incə şəkildə əks olunub. Kitab Çin'də çap olunduqdan sonra qadağa olunmuşdur. Mütləq oxumağınızı tövsiyə edirəm.️
YaşamakYu Hua · Jaguar Kitap · 202670,5bin okunma