The.Coupleslibrary

The.Coupleslibrary
@Thecoupleslibrary
Öğretmen
ADU
Baku
Baku
23 okur puanı
Kasım 2018 tarihinde katıldı
Sana ruh üflendiginde bir kadının karnındasın. Ağladığında bir kadının kucağındasın. Aşık olduğunda bir kadının kalbindesin. Ona iyi davran...❤️
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi·112 syf.·
2022 2. kitabı
Lev Tolstoy
8.1/10 · 61,1bin okunma
Puan vermedi·339 syf.··
2020 128. kitabı
Cemil Meric ilə ilk söhbətimizin başladığı kitab... Kitabı oxumağa başlayarkən hər səhifədə xətləyəcək bir cümlə belə olsa tapırdım və düşünürdüm ki, bu belə davam edəcək? Bəli etdi! Həm də necə... Hər xətlədiyim fikri başqaları ilə bölüşmək hissi yaranırdı içimdə. Çünki bu kitab insana həyatı sorğuladır, utandırır. Bəzən bilgisizliyinin içində batırsan. Necə də özün olmaqdan çıxıb kimlərisə təqlid etdiyini, özün də fərqində olmadan dünya aludəçisinə çevrildiyini dərk edirsən. Fəlsəfənin ən dərin çuxularına enmiş və həqiqəti tapmış bir insanın kitabını oxumaq mənim üçün bir qururdur. Bir kitab sənə bilmədiyin çox bilgi verirse, səni tanımadığın insanlarla, yazıçılarla tanış edirsə, demek o kitab həqiqi bir kitabdır. Kitabda adı keçən yazar,filosof ve s. Bir çox insanı araşdırmağına səbəb olacaq məlumatlar var. İnsanların qardaşlığı, bərabərliyi, idealogiyalar, kitablar, "izm" ilə bitən sözlər, şərq-qərb problemi, iman, düşüncə, mədəniyyət, tarix və s. çox mövzu haqqında fikirlər mövcuddur. O kitabları çox sevirdi və "Kitablar bir limandır mənim üçün. Kitablarda yaşadım. Və kitablardakı insanları küçədəkilərdən daha çox sevdim." - deyirdi. Əsər Cemil Meriç'in qısa avtobioqrafiyası və yaşamını ifadə edən xronologiya ilə başlayır. Bu da onu tanımaq və fikirlərini oxumadan öncə onun haqqında fikir sahibi olmaq üçün gözəl bir başlanğıcdır. Və son olaraq kitabda Allah'a müraciət edərək "Mən səni tanıdıqdan sonra yaşamağa başladım." - deyə bir cümlə var. Qəlbimin dərinliklərinə qədər hiss etdim o cümləni...️
Edebiyat
Bu ÜlkeCemil Meriç · İletişim Yayınları · 202425,4bin okunma
Puan vermedi·1062 syf.··
2020 130. kitabı
Bəzən insanlar qalın kitablar görəndə biraz tərəddüd edir, oxumağa səbri çatmır və ya yazıçının çox uzatdığını düşünür. Hətta çox vaxt klassikaların ixtisar olunmuş versiyasını oxuyurlar. Məncə qalın kitablardan qorxmaq lazım deyil. Onları oxumaq lazımdır! Səhifə sayı çox olmasına baxmayaraq hər səhifəsi çox dəyərli olan kitablar çoxdur. Düşünürəm ki, Anna Karenina hər səhifəsinin haqqını verən kitablardan biridir! Tolstoy obrazların hər birinin daxili aləmini bizə bütün çılpaqlığı ilə göstərməyi ilə mənə Dostoyevskini xatırladır. Xüsusilə dövrünün bir sıra xüsusiyyətləri, təhsil, siyasət, seçkilər, kənd təsərrüfatı, torpaq köləliyi, təbəqə və s. kimi sahələrin ətraflı şəkildə qeyd olunması çox təqdirəlayiqdir. Və kitabdakı hər bir obraz bu qeyd etdiklərimin içində müəyyən rol oynayan insanlar olduğu üçün analiz etmək daha rahat olur. Müəyyən bir mövzu haqqında obrazların bir-birləri ilə əlaqəsi olmayan fikirləri müzakirə etməsi və daha sonra obrazların özlərinin də fərqində olmadığı bir yönü ilə təqdim olunması Tolstoyun ustalığını göstərir. Yəni, bir sözlə obrazların analizi möhtəşəm idi... Kitabın adı "Anna Karenina" olmasına baxmayaraq burada Anna'dan daha çox adı keçən və həyatı əks olunan insanlar, xüsusilə kişilər var idi. Əslində bu kitab sadəcə bir roman deyil, müəyyən bir dövrün ve dövlətin tənqididir. Yəni bu kitaba sadəcə bir qadağan sevgi romanı olaraq baxmaq çox böyük haqsızlıq olar. Məncə Tolstoyu tərifləməyə belə ehtiyac yoxdur. Sadəcə kitablarını oxusanız anlayacaqsınız. Kitab dünyanın önəmli 125 yazarı tərəfindən "Günümüzə qədər yazılmış ən yaxşı roman" adlandırılıb. Təbii ki bu fikir insanlara görə dəyişkən ola bilər. Amma əminəm ki, oxusaniz nələrsə öyrənə biləcəksiniz. Xoş mütaliələr!️
Edebiyat
Anna KareninaLev Tolstoy · Türkiye İş Bankası Yayınları · 202555,6bin okunma
Puan vermedi
Gördüyünüz bu əsər 900 il öncə yaşamış İslam alimi İmam Gazali'nin öz tələbəsinin verdiyi suallara cavab olaraq yazdığı bir nəsihət kitabıdır. İmam Gazali kimi dəyərli bir islam alimini tanımaq və onun düşüncələrini oxumaq mənim üçün çox önəmlidir. Bəzi kitablar insanın həyatında rəhbər rolunu oynayır. O kitabı açıb dəfələrlə oxumaq, içindəkiləri əzbərləyib, həyatına tətbiq etmek istəyirsən. Bu kitab mənim üçün çox dəyərlidir. Kitab insanın özünü, vicdanını sorğulamasına səbəb olur. Onun "ey oğul" deyerek başladığı hər cümlədən səmimiyyət axırdı. Kitabda hərşeyi açıq şəkildə ayə və hədislərlə dəstəkləyərək açıqlayıb. Kitabdan çıxardığım bir çox nəticəni sizinlə bölüşmək istəyirəm. Bunları özəl qeydlər apardığım dəftərimdə də qeyd etmişəm. - Nə edirsənsə Allah rızası üçün et. - İstifadə etmədiyin elm səni qurtarmayacaq. - Heçkimin malını qısqanma, çünki Allah sənin ruzini verib. - Həqiqi dost səni qəbirdə yalnız qoymayacaq yaxşı əməllərindir. - İnsana ancaq çalişdığı var. -İxlas, insanların təriflərinə sevinməməyi, pis düşüncələrini isə vecinə almamağı tələb edir. -Təvəkkül Allahın vəd etdiklerinin mütləq yerinə yetəcəyinə inanmağındır. -İnsanlara nümunə ol. -Nəfsini deyil, Allahı məmnun et. -Bəzi elmler acı və şirin kimidir. Dadmadan bilinməz, yazılmaz... Kitabın dili çox sadədir. Normalda 1 saata bitirə biləcəyiniz bir kitabdır. Lakin oxumaq istəsəniz, sizə hər paraqrafı oxuduqdan sonra bir müddət düşünməyinizi, onun dediklərini anlayıb daha sonra digər paraqrafa keçməyinizi tövsiyə edirəm. Tam bir başucu kitabıdır. Hər birinizə tövsiyə edirəm, İmam Gazali kitablarında toxunduğu mövzular hələ də öz aktuallığını qoruyan mövzulardır. Ona boşuna "Hüccetül-İslam" yəni İslamın sübut edicisi deyilmeyib. Son olaraq kitabda bir hədis o qədər çox xoşuma gəldi ki, sizinlə
Din
Ey Oğulİmam Gazali · Beyan Yayınları · 20186,5bin okunma