The.Coupleslibrary

The.Coupleslibrary
@Thecoupleslibrary
Öğretmen
ADU
Baku
Baku
23 okur puanı
Kasım 2018 tarihinde katıldı
9/10
·208 syf.··
2020 80. kitabı
Bir dünya düşünün… Nəinki kitab oxumaq, kitabı evinizdə belə saxlamaq qadağandır. İnsanlar dünyaya qarşı fikir irəli sürməsin, ayılmasın deyə kitablar qadağan olunur və kimin evində kitab olarsa o kitablarla birlikdə evi belə yandırırlar. Yanğınsöndürənlər artıq yanğını söndürməklə deyil, kitabları, evləri yandırmaqla məşğuldurlar. Və hərşey Guy Montaq adlı bir yanğınsöndürənin yandırdığı kitablarda nə yazıldığı ilə maraqlanması və “ İnsanların uğruna canlarını fəda etdiyi bu kitablarda görəsən nə var? Həqiqətləri anladiqdan sonra bu cəmiyyət içərisində yaşamaq mümkündürmü?” Deyə düşünməsi ilə başlayır… Yenə oxuduğum ən gözəl distopik kitablardan biri oldu və həqiqətən bu cür kitablar insanı çox düşündürür. Yaşadığımız dünyanı kitabdakı dünya ilə qarşılaşdıranda əslində oxuyanda bizə dəhşətli gələn şeylərin elə indi de baş verdiyini görürük. Yazarın da dediyi kimi “Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.” Cəmiyyətimizin neçə faizi kitab oxuyur? Onları oxumamaq yandırmaqdan daha böyük haqsızlıqdır. Hal-hazırda Cəmiyyətimizdə olan insanların maraq dairəsinə baxdığımız zaman, vəziyyətin nə yerdə olduğunu görürük...
Edebiyat
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2022108,4bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi
"İnsan davranışları iki yönlüdür. Sende göklere çıkartılan bir şey için beni yerden yere vururlar." Quasimodo,körpə ikən həyata məğlub başlayan, ailəsi tərəfindən kilsə həyətində tərk edilmiş və bir keşiş tərəfindən övladlığa götürülən donqarlı bir zəng çalandır. Onun xarici görünüş baxımından acınacaqlı bir çirkinliyi var ki, ona baxanda hamı üzünü buruşdurur, diksinir. O sevgidən məhrum olmuş, öz çirkinliyi nəticəsində tənhalıq içində böyümüşdür. Onun yeganə dostu kilsənin zəngləridir. Esmeralda bir qadın olaraq məruz qaldığı təhqir və haqsızlıqla, mənim ən çox üzüldüyüm obrazdır. O çox vicdanlı, gözəl və tanımadığı bir adamın edam edilməsinin qarşısını alacaq qədər mərhəmətli bir qadındır.Təəssüf ki, malik olduğu bütün bu keyfiyyətlər onun həzin sonu üçün kifayət etmir. Əsrlər keçsə də, qadınlar hələ də bu cür haqsızlıqlara məruz qalır. Çünki əxlaq anlayışının yalnız qadına aid olduğunu düşünən bir cəmiyyətdə inkişafdan və haqdan söz gedə bilməz. Viktor Hüqo, Quasimodonun, baş keşiş Klod Frollonun və Esmeraldanın həyat hekayələri ilə insanın ruhunda məhəbbət, həsrət, fədakarlıq, mərhəmət, qəddarlıq, ikiüzlülük, ziddiyyət və bir çox məsələləri ortaya qoyur.O həmçinin o dövrdəki cəmiyyətin ədalət mexanizmindəki yoxsulluğun, səfalətin, sinfi qarşıdurmaların təsvirini çox acı və real şəkildə əks etdirir, cəmiyyətin iqtisadi, sosial, siyasi, dini, psixoloji rentgenini çəkir. Hüqo kitabda bir neçə insanın hekayəsini danışmaqdan əlavə, memarlıq və tarix haqqında düşüncələrini də çox geniş şəkildə əks etdirib. Kitabin əvvəlində təsvirlər olduqca çoxdur və sadəcə Parisin təsviri üçün təxmini 25 səhifə ayırıb. Notr-Dam ("Bizim Xanım" " Məryəm ana" deməkdir). Romanı yazmaqda müəllifin məqsədlərindən biri də bu kilsənin və daim dəyişən Paris memarlığının qorunub
Edebiyat
Notre Dame'ın Kamburu - Eugenie GrandetHonore de Balzac · Dionis Yayınları · 2017338 okunma
Puan vermedi·112 syf.·
2022 1. kitabı
Erich Scheurmann
8.1/10 · 17,2bin okunma
Puan vermedi·112 syf.·
2021 2. kitabı
Jack London
7.9/10 · 43,2bin okunma
Puan vermedi
Atlet olmaq istəyən Samiyənin real həyatına əsaslanaraq yazılmış roman "Demə ki qorxuram"... Samiyə Somalidə müharibə şəraitində yaşayan, onun çətinliklərini hər zərrəsinə qədər hiss edən, lakin buna baxmayaraq xəyallarından əl çəkməyib mübarizə aparan balaca qızcığazdir. Ölkəyə gələn "rejim" onların həyatını tamamilə dəyişir. Elə bir şərait yaranır ki, o ölkədə nəinki atlet olmaq, qadın olmaq belə bir günah olur. Qadınlara müxtəlif qadağalar qoyulur. Musiqiyə qulaq asmaq qadağan olunur, kinoteatrlar bağlanır, qadınlar rəngli paltarlar geyinə bilməz, hətta çölə çıxmaq belə onlar üçün təhlükəlidir. Belə bir vəziyyətin yarandığı halda Samiyə atlet olmaq arzusundan əl çəkmir. Çarşabla qaçış məşqləri edir, durmadan çalışır. Onun yoluna daş qoymağa çalışanlara rəğmən o ölkəsini dünyada təmsil etmek və tanıtmaq istəyir. Azad bir qadın olmaq istəyir.. Amma gün keçdikcə Somalidə vəziyyət daha da pisləşir və o miqrant olaraq Avropaya getmək istəyir. Onun bu yolda yaşadıqları, çətinlikləri və nəticəsi... Samiyənin həyatı əminəm ki oxuyan hər kəsə çox təsir edəcək. Məni kədərləndirməsinə baxmayaraq bolca şükr etməyimə, xəyallarım uğrunda mübarizə aparmağıma vəsilə oldu. Ayrıca yazıçı haqqında da onu qeyd etmək istəyirəm ki, kitabın mövzusu bu qədər təsiredici olmasa bu kitab bestseller ola bilməzdi. Çünki oxuyarkən qələminin zəif olduğunu düşündüm, nədənsə bu cür həyatı ifadə ədəcək cümlələrin bu qədər sadə olması məndə bu fikri oynadırdı. Yenə də sırf mövzusu və sizə qatacaqlarını düşünərək rahatlıqla oxuya biləcəyiniz bir romandır. Xoş mütaliələr!️
Edebiyat
Demə ki, qorxuramGiuseppe Catozzella · Teaspress Nəşriyyatı · 201894 okunma