Tural Nağızadə

Güvənli bağlanan insanların xüsusiyyətləri
•Münaqişələri əla idarə edirlər. •Zehni cəhətdən elastikdirlər. •Təsirli ünsiyyət qurarlar (ünsiyyətə açıqdırlar,yəni onlar məsələləri mübahisə ilə deyil,ünsiyyətlə həll edirlər) •Oyun oynamazlar. •Yaxınlıq qurmaqda rahat,sərhədlər mövzusunda stressizdirlər. •Tez bağışlayandırlar. •Seksuallığı və duyğusal yaxınlığı bir tuturlar (yəni ikisindədə məsafəli davranmazlar) •Partnyorlarına krallar kraliçalar kimi davranırlar. •Münasibəti inkişaf etdirmə mövzusunda güclərinə inanırlar. •Partnyorlarının rəfahından ötrü məsuliyyət hiss edərlər.
Sayfa 126 - Aganta·Kitabı okudu
Psikoloji
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Güvənli bağlanma stili sıxıcı deyil mi?
Güvənli bağlanma stilinə sahib insanlar haqqında yazmaq sıxıcı bir iş kimi görünür.Yəni deyiləcək nə ola bilər ki? Güvənli bağlanan birisinizsə,güvənilir,uyğun və güvən verən birisiniz deməkdir.Yaxınlıqdan qaçmaz, münasibətinizi didikləyib dayanmazsınız.Romantik bağlarınızda dramatik hadisələr elə də yaşanmaz.Eniş-çıxışlar,mənfiliklər,roller sahil qatarları yoxdur.Elə isə deyiləcək nə qaldı?
Sayfa 122 - Aganta·Kitabı okudu
Psikoloji
Qaçınan şəxs partnyoru ilə arasına zaman və məsafə qoyduqdan,marağını itirdikdən sonra qəribə bir şey gerçəkləşir: Sevgi və heyranlıq hisləri geri gəlir.Artıq güvənli bir məsafədə olduğu üçün yaxınlıq təhdidi aradan qalxmış olur və gerçək duyğularını basdırmaq məcburiyyətində hiss etməz.
Sayfa 116 - Aganta·Kitabı okudu
Psikoloji
Narahatedicilər üçün son bir söz
Narahatedici oxuyucu,sənin üçün son bir söz.Bağlanma nəzəriyyəsinin, narahatedici bağlanma stilinə sahib olan qadın və kişilər üçün verəbiləcəyi çox şey vardır.Pis bir qarşılaşmadan və hərəkətə keçmiş bağlanma sistemindən ən çox əziyyət çəkənlər sizlərsiniz, amma bağlanma sisteminin necə işlədiyini,hansı münasibətlərin sizi xoşbəxt edə biləcəyini,hansı vəziyyətlərin sizi duyğusal dağıntıya çevirəcəyini yaxşıca anlamaqdan ən böyük qazanc əldə edən də sizlərsiniz.Bu kitabda çərçivəsi çəkilən prinsipləri istifadə edərək təklikdən uzaqlaşın və axtardıqları həyat yoldaşını tapan insanlara da şahid olduq.Eyni şəkildə,içlərindəki ən pis tərəfləri ortaya çıxaran uzunmüddətli münasibətlər yaşayan insanların,bağlanma prinsiplərini anlayıb bunları istifadə edərək münasibətlərində yeni bir mərhələyə,daha güvənli bir mərhələyə keçdiyinə də şahid olduq.
Sayfa 103 - Aganta·Kitabı okudu
Psikoloji
Robert Greene, işinə bax dostum :))
Bir çox məşhur münasibət kitabında keçən məsləhətləri tətbiq etdiyinizi fərz edin.Bir partneri necə "əldə saxlayacağınıza" aid ipucları təqdim edərlər: Çox əlçatan olmayın, axtarmayın, qoyun o axtarsın, çox maraqlanan görsənməyin,sirli olun. Yəqin ki bu yolla qürurunuzu, müstəqilliyinizi qoruyur və partnyorunuzun hörmətini qazanırsınız.Lakin, həqiqi ehtiyac və duyğularınıza qarşı dürüst deyilsiniz əslində.Güclü və özünə yetən görünmək üçün bunları bir kənara atırsınız.Əslində bu kitablar və verdikləri məsləhətlər doğru, bu davranışlarla həqiqətən daha cazibədar da ola bilərsiniz.Amma bağlanma nəzəriyyəsindən xəbərsiz olduqları üçün bəhs etmədikləri şey budur ki, bu məsləhətləri tətbiq etdikdə tək bir tip partnyor üçün cazibədar olacaqsınız - o da qaçınan biri üçün.
Sayfa 94 - Aganta·Kitabı okudu
Psikoloji