Tural Nağızadə

Təəssüf ki Əhdin ilk dörd mətni bəzi nöqtələrdə bir-biri ilə təzadlıq təşkil edir. Məsələn, Matta və Luka, İsanın son sözlərini fərqli şəkildə ifadə etmişdilər, hər iki şəkildə, təsadüfən, Əhdi-Ətiqdən (qədim əhd) birbaşa alınmış sitatlardır. İsanın Əhdi-Ətiqdən birbaşa sitat gətirə bilməsi səhvən edilmiş bir şey deyildi. Xristanlığı başladan şəxs olsa da, özü inanclı bir yahudi idi. İsanın Əhdi-Ətiqin İbrani peyğəmbərlərinə bir çox tərəfdən bənzədiyi və onlardan dərindən təsirlənmiş olduğu tez-tez vurğulanır. Bu peyğəmbərlər kimi İsa da, onu görən insanlar üzərində dərin və daimi izlər buraxan, olduqca cəzbedici xarakterə sahib idi. "Xarizmatik" sözünün tam mənası ilə, xarizmatik biri idi.
Sayfa 39 - Neden? yayınları·Kitabı okuyor
Alıntı
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
O halda Məhəmmədi insanlıq tarixi üzərindəki təsirinin əhatə dairəsi necə dəyərləndirilməlidir? Bütün dinlər kimi İslam da möminlərin həyatları üzərində böyük təsirə malikdir. Dünyadakı böyük dinlərin qurucularının bu kitabda önə çıxmalarının səbəbi də budur. Dünya üzərində müsəlmanların təxminən iki qatı xristian yaşadığına görə, Məhəmməd İsadan daha üst mərtəbədə yerləşdirməyim başlanğıcda qəribə ola bilər. Bu qərarın iki əsas səbəbi var: ilk öncə; Məhəmməd İslamın inkişafında, İsanın Xristianlığın inkişafında oynadığı roldan daha böyük rol oynamışdır. İsa Xristianlığın təməl əxlaqi və mənəvi əqidələrini (bunların Yahudilikdəki əqidələrdən fərqli olanlarını) irəli sürməklə birlikdə, Xristian teologiyasını inkişaf etdirən, yayılmasına səbəb olan əsas şəxs və Əhdi-Cədidin (Yeni Əhd) böyük bir bölümünün yazarı Əziz Pauldur (Pavlusdur).
Sayfa 29 - Neden? yayınları·Kitabı okuyor
Alıntı
Rahiblər sıxılarsa
Rahiblərin monastr yazıxanasında danışmamaları, etdikləri işə olduqca fokuslanmaları lazım idi. Halbuki rahiblər bəzən sıxılırdılar.Orta əsrlərdə əllə yazılmış bəzi kitabları indiki dövrdə də oxuya bilirik. Bunlarda bəzən rahiblərin bir-birinə yazdıqları mesajları, hətta kitabların kənar boşluqlarına çəkdikləri qəribə rəsmləri görürük. "Üşüyürəm" deyə yazmışdı bir rahib. "Alovumuz biraz daha gur olsa nə yaxşı olardı, ama qardaş John icazə vermir heyif ki". Başqa bir rahibdə belə yazmışdı: "Bir bitirsəm bu kitabı. Çox sıxışdım, tualetə getməliyəm!". Bir başqası da kitabın kənarına balaca bir siçan şəkli çəkmiş və belə yazmışdı: "Lənət olsun bu siçana!". Kim bilir, bəlkə də siçan rahibin axşam yeməyindən biraz yemişdi.
Sayfa 34 - Say yayınları·Kitabı okuyor
Tarih
Orta əsrlərdə kitab hazırlamaq
Orta əsrlərdə, eləcə dükkana gedib kağız ala bilməzdiniz. Rahiblər heyvan dərisindən hazırlanan perqament deyilən xüsusi bir kağız hazırlayardı. İnək və qoyun dərisini, çay və dərə kimi bir axarsuyun içində günlərcə gözlədirdilər. Sonra dərini yenə su və əhənglə (heyvan dərisindəki tükləri yumşaldırdı) dolu bir barelə batırır, sonra yenə bir neçə gün gözlədirdilər. Nəhayət, dərini gərib tükləri sıyırır, quruması üçün çərçivəyə qoyurdular. Ancaq hamısı bu deyildi. Dəri quruduqdan sonra rahiblər dərini çərçivədən çıxarıb təkrar isladır və sərt bir daşla əzirdilər. Orta əsrlərdən qalma bir kitabda dərinin ən yaxşısı, ağzınızı şərabla doldurub sonra başdan aşağı püskürtərək islada biləcəyiniz yazılırdı. Dəri yaxşıca quruduqdan sonrakı iş mürəkkəb hazırlamaq idi. Bunun üçün isə su hislə və ağacın öz suyuyla qarışdırılırdı. Rahiblər tük qələm əldə etmək üçün, qaz və ya qu quşunun qənət tüklərini yolub suya batırır və uclarını itiləyirdi. Sonra səhifə hazırlamaq üçün perqamentin kvadrat şəklində kəsilib qatlanması və kitab hazırlamaq üçün isə birliktə tikilmələri lazım idi.
Sayfa 33 - Say yayınları·Kitabı okuyor
Tarih

Tural Nağızadə

, bir kitabı okumaya başladı
Michael H. Hart
7.9/10 · 601 okunma