Quasimodo Baba

Stefan Zweig
9/10
·88 syf.·
2024 49. kitabı
Yenə "kaş mən yazardım" dediyim novellalardan biri, yenə Svayq. Oxumamısızsa, oxuyun. Oxumusuzsa, təkrar oxuyun. Adam qeyri-adidir, özünü sevdirməyi bacarandır. Zövq alaraq, bir nəfəsə oxuyub bitirdim. Əgər 2 saat boş vaxtınız yoxdursa, o boş zamanı özünüz bu novella üçün ayırın. Xoş oxumalar
Edebiyat
MəcburiyyətStefan Zweig · Parlaq İmzalar Nəşriyyatı · 202075bin okunma
Reklam
6/10
·152 syf.·
2024 30. kitabı
Kitabın yazarı fəlsəfə təhsili olan sosioloqdur. Oxumadan öncə bunu nəzərə alın. Ümumi narahatlıqlar haqqında geniş izahlı mətn olması ilə bərabər, kitabın girişində siyasi proseslərin yaratdığı narahatlıqları qeyd edərək içindəki mürəkkəblikdən xəbərdar edir. Müəyyən araşdırmalar apara biləcəyiniz bir yazıdır, fəqət səbirli deyilsizsə, oxumağa başlamayın.
Edebiyat
Kaygı ÜzerineRenata Salecl · Metis Yayınları · 2021435 okunma
Radikal İslam
8/10
·304 syf.·
2024 27. kitabı
Kitab İslam üzərinə qurulu olub, Onu aradan götürmək missiyasını layiqincə yerinə yetirməklə, kuliminasiya nöqtəsinə çatır. Bəyəl camaatının qorxunc əzadarlıqları isə, dərin tragediyanı qabardıb, trapesiya formasına gətirir. Gulam Hüseyin SâediGulam Hüseyin Sâedi Bəyəl ƏzadarlarıBəyəl Əzadarları
Edebiyat
Bəyəl ƏzadarlarıGulam Hüseyin Sâedi · Parlaq İmzalar Nəşriyyatı · 2020255 okunma
Heç nə
Puan vermedi·68 syf.·
2024 1. kitabı
Küçədə laübalı addımlayan adamlar duya bilmir Qoqolun Şinelindən yayılan xroniki ağrını. Hiss edirəm Yaraların qabıq bağlaması üçün hüceyrələrin törətdiyi qırğını. Suyun üzündəki hava qabarcıqları, Altındakı çırpınışdan xəbər verir. Buna oxşar kürəciklər beyin yarımkürələrində üzür. Beyin, hakimiyyət kürsüsündən 100 illik qəmin hökmünü oxuyur. Xəyalımda, heç vaxt görmədiyim, Xoşbəxtlikdən intihar edənlərin ölkəsi. Bir qapı aralıda, yağış altında yuxuya gedən, küçələri torpaq qoxan ölkəmin subtropik bölgəsi. Ürəyimdə gilyotin sevdası.
1000Kitap
ŞinelNikolay Gogol · İdiot Yayınevi · 201846,2bin okunma
9/10
·488 syf.·
2024 10. kitabı
Nifrətin birbaşa yox, şüuraltı qalıqları əsasında yazılmış yazı tez-tez iyrəndirib halını dəyişib, sağlamlığın üçün ciddi təhlükələr yaradacaq. Əgər bu kitabı oxumağa qərar versən, yaxınlıqdakı marketdən bol-bol qəhvə al. 30 dəqiqəlik mütaliədən sonra hazırladığın sərt qəhvəni bir nəfəsə başına çək. Yeməkdən sonra oxunması məsləhət görülmür. Kitab bütün sıxıcılığı ilə səni qucaqlayacaq, amma sonunda "görəsən davamını yazsa, necə olardı?" sualını özünə verəcəksən. Erich Maria RemarqueErich Maria Remarque Zəfər TağıZəfər Tağı
Edebiyat & Roman
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014567 okunma
Reklam