Salamlar. Ilk öncə deyə bilərəm ki, Ülviyyə Tahirə minnətdaram. Kitab mənə çox təsir etdi. Obrazların keçirdiyi hissləri, o dövrün vəhşiliklərini çox rahatlıqla hiss edə bildim. Kitab sonlara yaxın daha emosional olmağa başladı deyə bilərəm. Repressiyanın necə vəhşiliklər doğurduğunu, bir ideologiyanın öz övladlarını necə yediyini, insanların əzablarını sümüklərimdə hiss edə bildim. Mənə görə artıq bu kitabı da hər bir Azərbaycanlı gənci oxumalı və tarixini daha yaxşı tanitmalıdır. Xoş mütaliələr əziz oxucular.