Turan

Turan
@Turan__himself
"Azərbaycan Oxucuları" Kitab Klubunun üzvlərlə iş üzrə koordinatoru
Bakalavr
Bakı
Bakı
23 okur puanı
Haziran 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
10/10
·114 syf.··
Beğendi
·
2023 30. kitabı
"Eylembilim" Oğuzcum Atayın tamamlanmamış olan romanıdır, burada daha çox universitetlə, tələbəlik həyatı ilə bağlı sözlər görmək olar, çünki əsərin əsas baş qəhrəmanı riyaziyyat üzrə professor Server Gözbudakdır. Əsər anlaşılmaq və tutunmaq üçün mübarizə aparan professorun gündəliyi şəklində verilir. Dərs dediyi universitetdə müəllim-tələbə münasibətləri, müəllimlərin və tələbələrin bir-birilərinə yanaşma şəkilləri, siyasi ayrı-seçkiliklər Atay qələminə xass olan bir ironiya ilə göstərilir, çatışma sırasında öldürülənlərin universitetin bağçasında dəfn olunması ilə bağlı qaldıran məsələ üçün edilən iclas əsərin ən yüksək nöqtəsi olaraq adlandırıla bilər, Sərvər müəllimin də cəsarətini ən açıq şəkildə göstərdiyi hissə də elə buradadır Əsəri oxuyan zaman düşündüm ki, bu tam da "Tutunamayanlar" səviyyəsində, onunla paralel bir hiss yaratdı məndə, lakin sonda qərar verdim ki, "Eylembilim" təkrar oxunmalı və yenidən fərqi pəncərədən baxılmalıdır, bu səbəbdən onu yenidən oxumaq üzrə rəfə yerləşdirirəm. Oğuz Atay qələmini oxumaq cəsarətini göstərənlərə xoş mütaliələr
Edebiyat & Roman
EylembilimOğuz Atay · İletişim Yayıncılık · 20206,8bin okunma
9/10
·448 syf.··
Beğendi
·
2023 25. kitabı
·
5 günde okudu
·
Okunma: 17 Mayıs 2023 12:30
Salamlar əziz oxucular. Necəsiniz? Çirkli dünyanın əlləri arasında yaşam savaşı verən hər kəs dəyərlidir. Bunu yaddan çıxarmayın. Kitaba gəlincə başlarda biraz qorxu içimi yeyib bitirirdi. Narahat idim ki, kitab istədiyim kimi olmayacaq və obrazlar mənim canımı sıxacaq. Gözlədiyim kimi oldu biraz başlarda. Daha sonra isə kitaba həbs oldum desem yəqin ki, şişirtmərəm. Normalda 2 günə bitirəcəyim bir kitab idi. Lakin yorgunluğuma görə 5 günə bitirə bildim. Kitabın içində ki, obrazlara nəzər yetirsək, əslində atalarının günahlarımı yaxud da talehsizlikmi deyim oğlanlarının başına açdığı müsibətlərdən söhbət açılır. Həmçinin Əfqanıstanın necə məhv olduğunu, şəhərin necə dağıdıldığını bilə təsəvvür edə bilərik. Kitabı oxuyarkən sixilmayacağınıza söz verə bilərəm lakin son hissələri xaric. Bitirdikdən sonra fikir bildirə bilərsiniz. Həmçinin bunu da qeyd edim ki, çox spoiler vermək istəmədiyimdən daha az və öz yazmağa çalışıram fikirlərimi. Xoş mütaliələr
Edebiyat & Roman
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,1bin okunma
10/10
·264 syf.··
Beğendi
·
2023 23. kitabı
·
3 günde okudu
·
Okunma: 04 Mayıs 2023 15:57
Salamlar. Ilk öncə deyə bilərəm ki, Ülviyyə Tahirə minnətdaram. Kitab mənə çox təsir etdi. Obrazların keçirdiyi hissləri, o dövrün vəhşiliklərini çox rahatlıqla hiss edə bildim. Kitab sonlara yaxın daha emosional olmağa başladı deyə bilərəm. Repressiyanın necə vəhşiliklər doğurduğunu, bir ideologiyanın öz övladlarını necə yediyini, insanların əzablarını sümüklərimdə hiss edə bildim. Mənə görə artıq bu kitabı da hər bir Azərbaycanlı gənci oxumalı və tarixini daha yaxşı tanitmalıdır. Xoş mütaliələr əziz oxucular.
Edebiyat & Roman
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019269 okunma
8/10
·160 syf.··
Beğendi
·
2023 15. kitabı
·
4 günde okudu
·
Okunma: 16 Nisan 2023 20:59
Spoiler ola bilər !! Salamlar əziz və dəyərli oxucular. Ümid edirəm hər biriniz yaxşısınızdır. Kitab haqqında düşüncələrim müsbət yöndədir.Gothe bu əsərdə obrazların hisslərini əslində çox gözəl şəkildə oxucuya çatdıra bilir. Wetherin kədərini, emosional hisslərini çox gözəl şəkildə anlaya bilirik. Əgər çox yaxşı empatiya qabiliyyətiniz varsa kədəri qəhraman ilə birlikdə yaşaya bilərsiniz. Məncə kitab sevda başına vurmuş bir gəncin eşqi üçün nə qədər irəli gedə biləcəyini göstərir desəm yanılmaram. Lakin bir insanın sevdiyi qız üçün bu qədər əzab çəkib sonunda özünü öldürməsi məni çoxda həyacanlandırmadı. Amma hər duyğusal insan kimi Wetherin iztirabları məni də acı çəkməyə məcbur etdi.
Edebiyat & Roman
Genç Werther’in AcılarıJohann Wolfgang Von Goethe · Cumhuriyet Yayınları · 1999149,9bin okunma
10/10
·136 syf.··
Beğendi
·
2023 11. kitabı
Salamlar əziz oxucular. İlk incələməmi bu kitabda apardığım üçün çox məmnunam. Kitab məndə xoş təəssürat buraxdı desəm yanılmaram. İlk öncə kitab çox axıcıdır. Hətta deyə bilərəm ki, necə bu qədər sürətli oxudum deyə şoka düşə bilərsiniz. Obrazlarla əlaqəni rahatlıqla qura bilərsiniz. Hətta oxuduqca sanki müxtəlif film ya da kitabların qarışığı kimi də hiss oyada bilər. Ağır fəlsəfi və yaxud klassika oxuyan insanlar üçün beyin dincəldəcək kitab sayıla bilər. Həm beyninizi yormayacaq həm də daha sadə dusunməyinizə səbəb ola bilər. Spoiler vermədən bu qədər danışa bildim. Müəllifin dediyi kimi: Bədən bir gün bəkarətini itirər . Əsas odur ki, ümid və arzuların bakirə qalsın . Xoş mütaliələr
Edebiyat & Roman
BakirəSignor Bayramlı Məhəmməd · Qanun Nəşriyyatı · 035 okunma