Çok yorgunum, ama uyumak istemiyorum. Yapacağım çok şey var, hayatın sonsuza dek süreceğini sandığım günlerde hep ertelediğim şeyler bunlar, sonra hayatın yaşanmaya değmeyeceğine inanmaya başlayınca da unuttuğum...
Sözlerimden korkma, bir ölü hiç bir şey istemez; sevgi de, merhamet de, teselli de. Senden tek bir dileğim var; sana doğru akan ıstıraplarima inanman. Bana inan, senden tek isteğim bu, bir insan biricik evladını kaybetdiği anda yalan söylemez
Dedi:- Söylə sən, barı Rüstəmmisən,
Xəyanətlə öz oğlunu öldürmüsən?!
Bacardıqca verdim işarə sənə
Məhəbbət izi düşmədi qəlbinə!
O gün ki, qapında vuruldu təbil,
Anam gəldi ağlar, mənə açdı dil,
Ferağımda öz canını dağladı,
Qoluma bu qolbağı o bağladı.
Dedi: yadigardır atandan,apar,
Elə gün gələr ki, dadına çatar!
Budur , gəldi,çatdı elə bir zaman,
Ata qarşısında oğul verdi can!
"Orasına çatanda birdə oxu , Əmir ağa", - Həsən bu hissəni təkrar-təkrar oxumağı xahiş edərdi. Hərdən bu misraları oxuyanda Həsənin gözləri yaşla dolardı. Mən isə onun göz yaşlarının kimin üçün axdığını düşünərdim - dərddən sarsılmış, üzünü,pal-paltarlarını cırıb, başına kül tökən Rüstəm üçünmü,yoxsa ölərkən də, sadəcə, atasının məhəbbətinə ehtiyacı olan Söhrabdan ötrümü ağlayırdı?