Turanə

Turanə
@Turane__
44 kütüphaneci puanı
1055 okur puanı
Ağustos 2018 tarihinde katıldı
9/10
·157 syf.·
2021 16. kitabı
Kitabı tam da bu anda kəşf eləmiş olmağıma məmnun oldum. Nəvəsinin uşaqlığını bu qədər xırda detalları ilə xatırlaması, ona uydurduğu nağıllar, tapdığı çıxış yolları insana sevgini, nəvazişi dərindən hiss etdirir və yaşadır. Kitabın bu hissələri o qədər gözəl idiki. Məktublarda biz onun sadəcə nənə olaraq deyil, həmdə bir uşaq, bir ana, bir qadın olaraq da düşüncələrini, hisslərini oxuyuruq. Bəzən nənənin qızına məsləhətlərini dəyərli görüb, mən də özüm üçün nəticələr çıxardım. Bəzən də özünün, qızının, nəvəsinin uşaqlıq və gənclik inanclarını dəyərləndirərkən öz keçmişimə, həmdə gələcəyimə uzaqdan və fərqli gözlə baxıb dəyərləndirmək imkanım oldu. Onun baxışı mənə sanki fərqli bir perspektiv qazandırdı. Məktubların əsas mövzusu insanın həyatdakı məqsədi, ailə uşaq münasibətləri, bu münasibətin uşağın gələcəyinə təsiri, feminizm, qadınların azadlığı, dini inanclar, aşiq olmaq və s. idi. Və məncə kitabın əvvəlləri sonlarından daha qəşəng idi. Ümumiyyətlə məktublar və günlüklər birinin illər içində dəyişən düşüncələrini, hisslərini o günün canlılığı ilə daha dərindən əks etdirdiyinə görə onları oxumağı daha çox sevdiyimi hiss eliyirəm. Bu kitabı daha kədərli kitablar oxumayacam deyə qərar alıb, yaxşı hiss etdirən kitablar arayışında olarkən kəşf elədim. Və əslində kitab kədərlidir, bir o qədər də yaxşı hiss etdirmir amma onunla tanış olduğuma çox məmnun oldum. Kitabı kəşf eləməyimə vəsilə olduğu üçün Özgüm Coşkun a çox təşəkkür edirəm
Duygular
Yüreğinin Götürdüğü Yere GitSusanna Tamaro · Can Yayınları · 199619,5bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
9/10
·112 syf.·
2020 2. kitabı
Kitabın adı adamda elə təəssürat yaradır ki, kitab bir ananın uşağı ilə şirin-şirin söhbəti haqqındadır. Əslində isə danışdıqları bir o qədər də şirin mövzular deyil. Bu məktub uşağın kiçik yaşlarda deyil, artıq müəyyən yaşa gəldikdən sonra, xüsusilə həyatı sorğulamağa başladığı dövrdə oxusa daha çox nəticə çıxaracağı tərzdədir. Spoiler olmasın deyə təfərrüat verməkdən çəkinirəm, qısacası bir tərəfdən qurulmuş sistemdə müəyyən faktorlara görə qadına və uşağa qarşı münasibətin necə dəyişməsini soğulayır. Digər tərəfdən isə dünyaya gəlməyə dəyərmi, həyat yaşamağa dəyərmi tipli varoluşcu suallar verir. Təbii ki, kitabın səhifə sayını nəzərə alsaq sorğulamaların hər biri çox da dərindən aparılmır. Ona görə də əgər qadın hüquqları, feminizm, varoluşculuq və s. ilə əlaqəli kifayət qədər kitab oxumusunuzsa kitab sizə bir o qədər də bir şey qatmayacaq, lakin bu mövzularda yenisizsə müəyyən mövzuları yenidən düşünüb, yenidən dəyərləndirməyinizə səbəb olacağını düşünürəm. Mənim bu cür mövzuları düşündüyüm bir vaxtda qarşıma çıxdığı üçün kitabı çox sevmişdim. Əslində son dövrlərdə inceleme yazaraq bəzi kitablara olan sevgimi ifadə etməli olduğumu düşünürdüm. Bunu incelemede de məqsədim o idi, amma belə yazanda kitab öz gözümə çox bəsit görsəndi, hisslərimi yazıya bir o qədər də əks etdirə bilmədim, lakin Oriana Fallaci bu kitabı ilə bir yazardan daha çox, bir qadın olaraq gönül bağı qurduğum yazarlardan biri olmuşdu. Onun bu mövzuda fikirlərini daha əhatəli oxumağı çox istərdim.
İlişkiler
Doğmamış Çocuğa MektupOriana Fallaci · Can Yayınları · 20182,412 okunma
9/10
·192 syf.·
2021 3. kitabı
Öncelikle şunları eklemek istiyorum. 1) Kitabın tamamı nevrotiklerin içsel çatışmalarıyla ilgili ve "normal" insanların içsel çatışmalarına nevrotiklerden farkını anlatmak istediğinde "sadece değiniyor". Bu yüzden de eğer "normal" insan olduğunuzu düşünüyor ve kendi içsel çatışmalarınızla ilgileniyorsanız, nevrotiklerle iç içe geçmiş bilgileri okumaktansa, tamamen "normal" bireylerin içsel çatışmalarından bahseden içerikler okumanız daha makul olacaktır. Bunu okuyup kafa karıştırmaya gerek olmadığını düşünüyorum. Nevrotikler derken eğer yanlış anlamadıysam yazar bunun sadece bir derece meselesi olduğunu ve keskin bir sınır çizmenin zor olduğunu söylüyordu. 2) Birde bence kitap psikanalistler için yazılmasına rağmen, konunun uzmanı olmayanların da bir roman kadar rahat okumasa da, kendini azcık zorlayarak anlaya bileceği türden bir kitap. En azından ben anladığımı düşünüyorum. İçeriğinde öyle çok terim yok, eğer varsa da zaten metnin içinde ne anlama geldiğini tahmin ede biliyorsunuz. Anlaşılması zor, devrik cümleler yok. Kitabın bence tek zorluğu üzerine düşünerek okumanız gerektiği. En sevdiğim özelliği ise çok sistemli olmasıydı. Matruşka gibi konunun içinden konu çıkıp insanın hem kitabın içeriğinde, hemde kendi duygu, düşüncelerinde kaybolmasına neden olmuyor. Tam tersine okudukça "ee peki şunu şundan nasıl ayıracağız" gibi kafamda beliren her soruya ben unutmadan hemen sonraki kısımda açıklık getirmesi ve ek olarak akıl edemediğim diğer soruların da cevabına yer vermesi çok hoşuma gitti. Kitabın bence tek eksik tarafı çatışmaların sadece farkına varılarak çözülemeyeceğinin altını özellikle çizse de, kitapta çözümlere çok yer verilmemiş olmasıydı.
Psikoloji
İçsel ÇatışmalarımızKaren Horney · Sel Yayıncılık · 2012430 okunma
Puan vermedi·335 syf.·
2021 1. kitabı
Kitap bir nevi ilişki süreci hikayesi üzerinden karakter çözümlemeleri yapıyor. Kitabın en sevdiğim yönü ilişkinin olay örgüsüne dikkat ve öncelik vermesinden daha çok, hangi konuyu incelemek istiyorsa doğrudan hikayenin ona dair olan kısmını anlatıp, sonra da kendi gözlemlerini söylemesi oldu. Yaptığı tespitler genel düşüncelerimizde radikal değişimler yaratacak tarzdan daha ziyade minik dokunuşlar yapmak. Ben de Alice gibi kendi deneyimlerime ışık tutabilecek karakterlerle dolu öyküleri seviyorum. Bu kitapta benim için biraz öyle oldu. Hem Alain Botton'unu dinlemeyi, hemde Alice, Eric və Philip ile olan yolculuğumuzu sevdim.
İlişkiler
Romantik HareketAlain de Botton · Sel Yayıncılık · 2007512 okunma
Puan vermedi·159 syf.·
2020 15. kitabı
Cesare Pavese həyatı ilə əsərləri bir-biri ilə bağlı olan yazarlardandır və mənim diqqətimi həyatı ilə çəkmişdi. "Yalnız kadınlar arasında" kitabını oxumuşdum. Həm aralardakı dialoqların düşündürməsi baxımından, həmdə yaşatdığı hisslər baxımından çox sevmişdim. Açığı bu kitabı da daha çox düşündürəcəyi fikirlər üçün oxumağa başlamışdım, kitabın ortalarına qədər bunu gözləyərək davam etdim, ortalardan sonra boş verib özümü daha çox hisslərə verdim və kitab belə çox daha gözəl oldu. Mən pdf'dən oxuduğuma görə çox təəssüf arxa qapaq yazısını sonda gördüm və kitabın içi arxa qapaq yazısı ilə tamamilə üst-üstə düşən nadir kitablardandır. Kitabı özetleyen ən yaxşı cümlə isə budur "benzersiz bir doğa sevgisini, kırsal kesimin ahlak anlayışını ve yazgıya karşı koymanın anlamsızlığını vurguluyor. Ay ve Şenlik Ateşleri özlemlerin ve olağanüstü bir hüznün romanı" Yalnız Kadınlar arasında kitabının da insanda ən çox yaratdığı hiss özlem ve hüzündür məncə. Birdə kitabda o dövrün siyasi hadisələrinə toxunulub, çox təəssüf ki, həm bu mövzuda, həmdə coğrafi adlar mövzusunda cahil olduğumdan yazarı yaralayanın nə olduğunu, nəyə isyan etdiyini, nədən şikayət etdiyini dərk edə bilmədim. Birdə bu kitabın yazarın yazdığı son kitab olduğunu bilmirdim. Ümümiyyətlə bu kitabla bağlı ən böyük peşmançılığım adətən oxuyacağım kitabı ətraflı araşdırıb daha sonra oxuyurdum, bu kitabı Pavese yazıb, nə yazsa oxuyaram düşüncəsi ilə tamamilə hazırlıqsız oxudum. Qısacası əgər oxumaq istəsəz ətraflı araşdırıb, mövzuya hakim olub daha sonra oxusaz daha çox şey dərk edəcəksiz. Bir gün mən də mütləq belə edib yenidən oxuyacam. Bu arada mükəmməliyyətçiliyimi bir kənara qoyub fikirlərimi, hisslərimi ifadə etməyə çalışdım :)
Edebiyat
Ay ve Şenlik AteşleriCesare Pavese · Adam Yayınları · 1984837 okunma