Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vusal

Vusal
@Vusal_M
9 okur puanı
Nisan 2023 tarihinde katıldı
Adamı bəzən kürəyinin də ələ verdiyini bilirdi.
Reklam
Kendi suskunluğumda boğulmak üzereyim.
Əsası odu tezliklə sağal və düşünmə ki, mən səni unutmuşam. Müharibə müharibədir, amma dostluq hər şeydən üstündür...

Okur Takip Önerileri

Tümünü Gör
Hər səhifəsində "Günəş" olan kitab...
Günəş yenidən şəfəq saçmağa başladı və torpaqda yenidən iki kişinin kölgəsi göründü.
Əlvida, uzaq arzular, əlvida, həyat sevincləri!
Reklam
İnamı zəifləməyə başlamış, hövsələsizliyi isə artmışdı... Amma o, özlüyündə belə təsəvvür eləyə bilmirdi ki, həmin gecə onun həyatında kədərli bir dönüş mərhələsi idi, həmin pillələrdə də məhz həmin anda onun gəncliyi qurtardı — növbəti gün onun həyat tərzi tamam başqa cür olacaq və keçən günlər nə sabah, nə də birisigün qayıtmayacaq. Heç vaxt!..
Təsəvvür edilə bilinməyəcək qədər çətindir...
Özün tək olanda və öz fikirlərini kiminləsə bölüşə bilməyəndə nəyəsə inanmaq çox çətindir. Məhz bu anlarda o başa düşdü ki, insanlar münasibətcə bir-birlərinə nə qədər yaxın olsalar da, həqiqətdə həmişə bir-birlərinə yaddılar. Əgər insanın canı ağrıyırsa, ağrı yalnız onun ağrısı olaraq qalır, başqa heç kim hətta o ağrının cüzi bir hissəsini belə öz üzərinə götürə bilməz. Əgər insan əzab çəkirsə, başqaları — onları əsl məhəbbət birləşdirmiş olsa da belə — bu ağrını hiss eləməz. Bundan da həyatda təklik yaranır.
Saatlar isə onları saymağa çatdırmamış keçib gedirdilər. Amma gizli bir ümidi var idi... hansı ki, ömrünün ən yaxşı illərini onun xatirinə xərcləmişdi. Qəlbində bu ümidi bəsləyərək hiss olunmadan çoxlu aylarını qurban vermiş, amma onlar da kifayət eləməmişdi.
Hər il keçdikcə də həyatdan mənə daha az nəsə lazım olur.
Gecmi, tezmi hər kəs nəyə layiqdisə, onu da alır.
Reklam
Ümid eləmək! Ah, o, necə də ümid eləməyə son qoymaq istəyirdi, axı məhz bu ümidə görə bütün ömrünü vermişdi.
Bəziləri hər səhər yeni ümidlərlə yuxudan oyanır, digərləri onu özündən uzağa qovurdular. Başqa biriləri isə hətta ümidlərinin olub olmadığını bilmirdilər, onlar sadəcə olaraq ümidlərini itirmişdilər. Amma heç kimin bu haqda ucadan danışmağa cürəti çatmırdı.
Hansısa anda biz geri boylanırıq və arxamızdakı darvazanın bağlı olduğunu, geriyə yol olmadığını görürük. Bax onda başa düşürsən ki, nəsə dəyişib, bizim arxamızda ağır qapı ildırım sürəti ilə çırpılır və onu dərhal da bağlayırlar, artıq qayıtmağa da çatdırmırsan.
159 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.