Sevgi yaşayanda mən bir təpəydim.
Sən məni ən uca bir dağ görərdin.
Sevgin ölməsəydi bu gün ey hakim,
Mənim qaramı da sən ağ görərdin
Bəhanə nə imiş? Əlində toxmaq!
Günahl özgəsinin boynuna yıxmaq!
Bəhanə suyunda çimdirmə məni.
Mən sirdaş olmuşam otuz il qəmlə.
Könlündə incələn sevgi telini
Qırmaq istəyirsən mənim əlimlə.