Deyilənə görə, "eşq" sözü sarmaşıq kimi bir bitkiyə dolaşıb onu özüylə bir edən bitki deməkdir. Elə isə, hələ nə aşiq olmuşam, nə də aşiqliyi bacarıram. Eşq axtarmaqdan, tanımaqdan və sevməkdən sonrakı mərhələdir. Mən bilmirəm, bunların hansında ilişib qalmışam.