Camaatımız arasında əksər hallarda atalar hələ də cahiliyyət dövründə olduğu kimi, özlərini qız övladlarının mütləq ixtiyar sahibi hesab edirlər. Qızların həyatda özlərinə şərik və yoldaş, gələcək övladlarına ata seçmək məsələsinə müdaxilə etməsini etikadan kənar və həyasız iş bilirlər. İslamda nikaha girmək üçün bilavasitə zəruri bir şərt olan "qızların yetkin düşüncə səviyyəsinə çatması" məsələsinə məhəl qoymurlar. Hələ yetkin düşüncə səviyyəsinə çatmamış qızlar üçün kəsilmiş, şəriətə görə batil və qüvvəsiz hesab olunan kəbinlər en qədərdir.
Əqd bağlayan insanlar ailə quran qızın kifayət qədər müstəqil, yetkin düşüncə səviyyəsinə malik olub-olmadığı ilə maraqlanmırlar; qızın həddi-buluğa çatmış olmasını kifayət bilirlər.
Qərarsızlıq bir seldir. Sizi ağuşuna alıb aparar. Nə edəcəyinizi kəsdirə bilməzsiniz. Hey vurnuxar, nə istədiyinizi müəyyənləşdirə bilməzsiniz. Ən pisi isə qərarın yoxluğudur. Qərarlar varkən seçim etmək, qərar yoxkən onu verməkdən asandır.