Röya Abraham

Dünya başdan-başa unutmaq imiş, Dünyanın adamı nə dönük olur! Musa Yaqub
Şiir
Beləcə yellərə verdim illəri, aylara, illərə verdim illəri. Mən vaxtı itirdim səndən ötəri, mən səni itirdim vaxtdan ötəri. İtirə-itirə pozuldu nəşəm, özüm itirmişəm... heç bilməmişəm. Nəriman Həsənzadə
Şiir
Fuzuli Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz, Bu həm bir qəm ki, el tənindən əfğan eyləmək olmaz. Nə müşkül dərd olursa bulunur aləmdə dərmanı, Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz.
Şiir
Fuzuli Kirpiyimdən qan sızar şamü-səhər, bilməm neçin? Canımı üzməkdədir sоnsuz kədər, bilməm neçin? Halimə heyran ikən aləm, özüm heyrətdəyəm Kim, mənim halimə heyrandır bəşər, bilməm neçin? Оl qədər hali-pərişanəm, pərişan xatirim Anmayır hardan pərişanlıq yetər, bilməm neçin? Yar könül dərdinə yüz dərman bilir, məndən vəli Bildiyin inkar edir оl simbər, bilməm neçin? Qalmışam avarə, sərgərdan, yarımdan mən cüda, Çərx edibdir mən fəqiri dərbədər, bilməm neçin? Nalədən, fəryaddən könlüm təsəlli tapmayır, Vəsli də, hicranı da qılmaz əsər, bilməm neçin? Ey Füzuli, öldürər dərdim məni, axtarmaram Nə təbibdən, nə dəvadən bir xəbər, bilməm neçin?
Şiir